Azərbaycancaaz
Mir.az » Yazar » İlqar Fəhmi kimdir? - İlqar Fəhmi Kitabları

İlqar Fəhmi kimdir? - İlqar Fəhmi Kitabları

509
İlqar Fəhmi kimdir? - İlqar Fəhmi Kitabları
Şair, yazıçı, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi.

1975-ci ildə Bakı şəhərində anadan olub. 1992-1996-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb, daha sonra Belarusiya Dövlət İqtisad Universitetini bitirib.

• 1995-ci ildən bədii yaradıcılıqla məşğul olur. 2000-ci ildən etibarən, müxtəlif ədəbi əsərlərdən ibarət on səkkiz kitabı dərc edilib. Yaradıcılığında "Fəhmi" təxəllüsünü istifadə edib.

Qeyd : Təxəllüsün əsl sahibi, Azərbaycan ədəbiyyatının söz sərrafı adlanan, mətnşünas Əli Fəhmidir. (1919-1975) Ona bu təxəllüsü Mikayıl Müşfiq vermişdir. İlqar Fəhmi isə Əli Fəhminin xatirəsini yaşatmaq üçün bu təxəllüsün ona qəzəlxanlar tərəfindən verildiyini bildirmişdir.

2002-ci ildə "Axırıncı qatar" ("İtlər") pyesi Cənnət Səlimova tərəfindən səhnələşdirilib, "Ölüm növbəsi" (2009, rejissor Fikrət Əliyev), "Aktrisa" (2010, rejissor Rövşən İsax), "Dərvişin qeydləri" (2011-2012, rejissor Eldar Quliyev) "Axırıncı dayanacaq" (2013-2014, rejissor Fikrət Əliyev) və başqa ssenariləri dövlət sifarişi ilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ekranlaşdırılıb.

2003-cü ildə Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyinin "İlin ən yaxşı gənc şairi" mükafatına, 2007-ci ildə "Rəsul Rza" ədəbi mükafatına, 2008-ci ildə Rusiyada MDB ölkələri gənc şairləri arasında keçirilən Poeziya yarışının diplomuna, 2011-ci ildə isə "Bakı tarixindən kollaj" əsərinə görə "Humay" mükafatına layiq görülüb.

• Uzun illər AYB-nin "Ulduz" jurnalında işləyib. Xəzər Universitetində "Creative Writing" (Yaradıcı yazı) fənnindən dərs deyib.

2017-ci ildə Heydər Əliyev fondunun dəstəyi ilə Dövlət televiziyasında hazırlanan Muğam - televiziya müsabiqəsinin münsiflər heyətinin üzvü, 2019-cu ildə isə layihənin icraçı direktoru təyin edilib.

2015-ci ildə yazıçının 40 illik yubileyi çərçivəsində "Xan" nəşriyyatı tərəfindən "İlqar Fəhmi külliyatı" seriyası nəşr edilmişdir. Yazıçının bütün ədəbi fəaliyyətini toplayan bu silsilə 14 kitabdan ibarətdir. İlk 12 kitab ilk dəfə və sadəcə olaraq Cincivada !

Xoş oxumalar ! ✨

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz