Şair deyir ki,
Soruşdum: "Gözlərin niyə qəmlidi?"
"Sənin xəyalınla yatmışam" - dedi,
Saçların şəbnəmli, gül ətirlidi,
"Çəmən şehlərinə batmışam" - dedi.
Mən ona göz dikdim, o, uzaqlara,
qoşuldu durnalı bəyaz qatara,
dedim: "Gəl aparım səni dağlara",
"Mən də o niyyəti tutmuşam" - dedi.
Könlündən duyduğum xoş arzulardı,
sevinci hüdudsuz, istəkli yardı!,
Qəlbində təlaşlı pıçıltı vardı:
"Səninlə arzuma çatmışam"- dedi.
Ömrümə gəlmişdi sevdalı yazdan,
əsər yox məndəki solğun payızdan,
bir alma istədim qubalı qızdan:
"Saralır, xarala atmışam" - dedi.
Vahid Əziz - Bir alma istədim qubalı qızdan
Soruşdum: "Gözlərin niyə qəmlidi?"
"Sənin xəyalınla yatmışam" - dedi,
Saçların şəbnəmli, gül ətirlidi,
"Çəmən şehlərinə batmışam" - dedi.
Mən ona göz dikdim, o, uzaqlara,
qoşuldu durnalı bəyaz qatara,
dedim: "Gəl aparım səni dağlara",
"Mən də o niyyəti tutmuşam" - dedi.
Könlündən duyduğum xoş arzulardı,
sevinci hüdudsuz, istəkli yardı!,
Qəlbində təlaşlı pıçıltı vardı:
"Səninlə arzuma çatmışam"- dedi.
Ömrümə gəlmişdi sevdalı yazdan,
əsər yox məndəki solğun payızdan,
bir alma istədim qubalı qızdan:
"Saralır, xarala atmışam" - dedi.
Vahid Əziz - Bir alma istədim qubalı qızdan
Daxil ol şərh yazmaq üçün