Deyirsən ki, adam birini sevər,
Mən belə deyiləm, məni bağışla.
Gecələr başımın üstündə yanan
Ulduzu sevirəm, ayı sevirəm.
Kür, Araz çağlayır damarlarımda
Dənizi sevirəm, çayı sevirəm...
Əllərim titrəyir güllərdən ötrü,
Köksümə sığışmır arzum, diləyim.
Nərgizi, laləni, bənövşəni də
Dəli bir sevda ilə sevir ürəyim.
Qışı da sevirəm, isti yayı da,
Payızı sevəndə bahar incimir.
Qoşqarı sevirəm, qısqanmır Kəpəz,
Kəpəzi sevirəm, Qoşqar incimir.
Eh, mən də beləyəm, qınama məni,
Sevirəm qəlbimi saran qəmi də...🌿
Mən belə deyiləm, məni bağışla.
Gecələr başımın üstündə yanan
Ulduzu sevirəm, ayı sevirəm.
Kür, Araz çağlayır damarlarımda
Dənizi sevirəm, çayı sevirəm...
Əllərim titrəyir güllərdən ötrü,
Köksümə sığışmır arzum, diləyim.
Nərgizi, laləni, bənövşəni də
Dəli bir sevda ilə sevir ürəyim.
Qışı da sevirəm, isti yayı da,
Payızı sevəndə bahar incimir.
Qoşqarı sevirəm, qısqanmır Kəpəz,
Kəpəzi sevirəm, Qoşqar incimir.
Eh, mən də beləyəm, qınama məni,
Sevirəm qəlbimi saran qəmi də...🌿
Daxil ol şərh yazmaq üçün