Bəzən elə anlar olur ki, tənhalıq sizi tamamilə çarəsiz buraxır. Dərdinizi nə kiməsə, nə də özünüzə deyə biləcək halda olmursunuz. Yorğunluq sözləri susdurur, taqətsizlik qəlbi sıxır. Dörd divar dərd yoldaşına çevrilir, amma siz onlara belə baxmaq istəmirsiniz ,çünki iç səsiniz daha çox ağrı verməyə başlayır. Kənardakılar, öz səhvlərinin nəticəsində əldə etdikləri "doğrularla" sizə yol göstərməyə çalışırlar. Amma unudurlar ki, siz onların yaşadıqlarını yaşamamısınız. Əgər belə halda ikən də onları anlayırsınızsa deməli, içinizdə hələ də sönməmiş bir ümid parıltısı var...
Daxil ol şərh yazmaq üçün