Məncə hər insanın bir-birindən özünün fərqində belə olmasa müəyyən maraqları var, maraqlar bir-birinə uyğun gəldiyi zaman münasibət o paralel də davam edir. Bir müddət sözləşməli bir müqavilə kimi. Nə vaxtı kı maraq bitdi münasibətlər də ölür.
Bəzən insan tanımadığın insanın maraqlarını bilmədəndə münasibət , Ünsiyyət qura bilir. İnsandan insana dəyişir, amma böyük ehtimalı maraq dairəsi və ortaq cəhətlərə verilir bəli.
maraq cəlb etməsə maqnit kimi o insana qarşı səni çəkə bilməz. ilk nəzəriyyə çox önəmli olur önyarğıları qırmaqdan ötrü. hərkəsin içində bir eqoizmi olur . valideyinin uşaqlarından aldığı maraq da özünün eqoizminə ximət edir. bir növ bizi xəlq edirlər bizim üçün yox özləri üçün o olur.
yəni ki demək istədiyim şey təmənnasız heçnə baş tutmur. Yaxşılığı belə axirətimizin və yaxud vicdanımızın təmənnası üçün edirik özümüz üçün edirik qarşıdakı çarəsiz insan üçün yox.
buna sadəcə ticarət demək düzgün olardı. bəzilərinin içində yaxşılıq eqoizmindən çox nifaq eqoizmi daha bol olur. hər pis əməl törətdikcə o marağı alır pisliyi belə sənə qarşı edən zaman məhz sənə deyil özünün eqoizmini qane etməkdən ötrü edir.
Real, həqiqi yaxşılıq məhz köməyə ehtiyacı olan insana görə edilir. Yaxşılıq əgər dilə gətirilirsə, öz mənliyini yüksəltmək üçün edilib sonrada boş bir qürur hissi yaradırsa deməli bu sadəcə özünü aldatmaqdan ibarətdir. Yaxşılıq gizli edilib unudulmalıdır
o orası elədir zatən etik cəhətindən yaxşılıq dillə umulmamalıdır. amma kiməsə yaxşı əməl törətməyin fəlsəfi tərəfi məsələn sizə görə nədir? sizi yaxşı olmağa nə vadar edir? bəlkə birəz daxili rahatlıq ya təbiətinizin buna yatqın olmağı və yaxşılağa daxili maraq olması?
məsəl üçün birisinə yaxşılıq edirik amma fərqinə varmadan belə daxilimizdə yaxşılığın qarşılığını umuruq. o insana ki biz yaxşılıq edir və həmin insan bizim loru dildə qabırğası qalınlıq edib yaxşılığı bizə qaytarmırsa o zaman o insana yaxşılıq etməyi zaman zaman kəsirik. bəs yaxşılığı heçnəsz etdk?
mənim yaxşılıq anlayışım qarşındakının mənə onu mənəvi olaraq qaytarmasından asılıdır. bir növ aramızdakı sözlü müqavilə kimi. nə vaxtkı o müqavilə zəifləsə mənim o insana qarşı keçə biləcək yaxşılığım da zəifləyir
Məni yaxşı olmağa vadar edən şey nəticə deyil. Əməlin özüdür.
Yaxşılıq mənim üçün məqsəd deyil, təbiidir sanki nəfəs almaq kimidir.
Çünki bəzən insan yalnız yaxşılıq edərkən var olduğunu hiss edir.
əslində hər əməli səbəb nəticəyə bağlayıram. səbəb olmasa nəticədə baş vermir. Sizin bu yaxşılıq etmək istəyiniz sizin müəyyənləşdirdiyiniz səbəb nəticə ola bilər.
Səbəbi nəticəsi ola bilər, amma sırf səbəb və ya nəticəyə görə etmirəm. Birinə yaxşılıq edirəmsə bu yalnızca insanlara kömək etmək istəyimə bağlı ola bilər.
Yaxşılıq mənim üçün məqsəd deyil, təbiidir sanki nəfəs almaq kimidir.
Çünki bəzən insan yalnız yaxşılıq edərkən var olduğunu hiss edir.
Daxil ol şərh yazmaq üçün