Azərbaycancaaz
Mir.az » Bilgi » Azərbaycan Dili » Heca

Heca

18
Heca
Tələffüz zamanı sözlərin asanlıqla bölünə bilən hissələrinə heca deyilir:
A-zər-bay-can, sə-ya-hət-çi-lər, qəh-rə-man-lıq, i-yir-mi
Sözdəki hecaların sayı onda işlənən saitlərin sayı qədər olur. Heca yalnız bir saitdən də ibarət ola bilər: A-i-lə, a-ta, u-şaq-lar
Sözlər sətirdən sətrə hecalarla keçirilir. Lakin bir hərfdən ibarət hecanı sətrin sonunda saxlamaq və ya yeni sətrə keçirmək olmaz: i-nək, sün-i.
Qoşasamitli sözlər sətirdən sətrə keçirilərkən samitlərdən biri sətirdə saxlanılır, digəri isə yeni sətrə keçirilir:

Nümunələr
1. sək-kiz
2. gül-lər
3. ad-dım

Şərhlər 0

Şərh edin
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz