Azərbaycancaaz
Mir.az » Bilgi » Azərbaycan Dili » Vurğu

Vurğu

52
Vurğu
Sözdəki hecalardan birinin o birinə (və ya o birilərinə) nisbətən qüvvətli tələffüzünə vurğu deyilir. Üzərinə vurğu düşən heca vurğulu heca adlanır.
Bizim dilimizdə vurğu çox zaman sözün axırıncı hecasına düşür. Lakin əvvəlinci hecalarında vurğusu olan sözlər də az deyil: traktor, kombaynçı, kosmos və s.

Vurğu qəbul etməyən şəkilçilər:
1) İsmin xəbərlik (şəxs) şəkilçiləri: -am2, -san2, -dır4, -ıq4,- sınız4, -dırlar4.
2) Soyad əmələ gətirən səkilçilər: -ov, -yev, -ova, -yeva. 3) İsim düzəldən -gil şəkilçisi.
4) Felin inkar şəkilçisi: -ma2
5) Felin nəqli keçmiş, indiki, qəti və qeyri-qəti gələcək zaman şəkilçilərindən sonra gələn şəxs şəkilçiləri:
6) idi, imiş, isə hissəciklərinin ixtisar forması.
7) Feli bağlama şəkilçiləri: -madan2 və -arkan2 şəkilçisinin 2-ci hecası.
8) Felin əmr şəkli II şəxs cəmin şəxs şəkilçisi: -ın4
9) Şəxs-kəmiyyət şəkilçisi: -lar2.
İstisna: Şühudi keçmiş zamanda və əmr, şərt şəkillərində -lar2 vurğu qəbul edir.
10)Zərf düzəldən -la (-lə) və -casına2 şəkilçiləri.
11) -la2 (ilə) və ca2 qoşmaları.
12) Sual ədatı: -mı4
13) Fikrin mənbəyini bildirən modal sözlərdəki –ca2.

Şərhlər 0

Şərh edin
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz