Azərbaycancaaz
Mir.az » Bilgi » Azərbaycan Dili » Omonimlər

Omonimlər

72
Omonimlər
Deyilişi və yazılışı eyni olan, lakin leksik mənalarına görə tamamilə fərqlənən sözlərə omonimlər deyilir. Omonimlər həm eyni, həm də müxtəlif nitq hissələri ola bilər:
– Eyni nitq hissəsi: bağ (isim, isim)
– Müxtəlif nitq hissəsi: yol (isim, fel)
– Bir neçə nitq hissəsi: sarı (sifət, fel, qoşma) Hansı sözlər omonim kimi götürülə bilməz?
1) Ümumi və xüsusi isimlər: qərənfil (gül) və Qərənfil (ad)
2) Xüsusi isimlər: Araz (çay) və Araz (ad)
3) Eyni cür yazılıb, vurğularına görə fərqlənən sözlər: gəli'n (isim) gə'lin (fel)
4) Yazılışı, tələffüzü eyni, lakin kökləri müxtəlif olan sözlər:
a) Külək əsir. b) Düşmən əsir düşdü.
5) Səslənməsinə görə eyniləşən sözlər (paronimlər): mətn , mətin
Həm çoxmənalı, həm də omonim olan sözlər:
burun, boğaz, yar, say, al, at, inci, quru, ağrı, kök, dil,
tut, bel, yay, qaş, qol, dolu, yol, düz...

Şərhlər 0

Şərh edin
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz