Azərbaycancaaz
Mir.az » Bilgi » Azərbaycan Dili » Sözün Həqiqi Və Məcazi Mənası

Sözün Həqiqi Və Məcazi Mənası

3 318
Sözün Həqiqi Və Məcazi Mənası
Söz tələffüz edilərkən ağıla gələn ilk məna həqiqi mənadır.
İnsanlara məxsus müəyyən hərəkətləri cansız əşyalara aid etmək nəticəsində meydana çıxan məna isə məcazi mənadır:
  • insanın ayağı (həqiqi) – kəndin ayağı (məcazi)
  • insanın qolu (həqiqi) – çayın qolu (məcazi)
  • uşaq yatdı (həqiqi) – külək yatdı (məcazi)

Bədii əsərlərdə sözlərin məcazi mənalarından daha geniş istifadə olunur.
Yalnız bir leksik mənası olan sözlərə təkmənalı sözlər deyilir: təyyarə, avtobus.
Eyni leksik məna ilə bağlı bir-birinə yaxın müxtəlif mənaları bildirən sözlərə isə çoxmənalı sözlər deyilir: qapının ağzı, yolun ağzı.
Çoxmənalı sözlər bir-birinə oxşar əşyaları, yaxud oxşar əlamət və hərəkəti bildirir.

Şərhlər 3

Şərh edin
  1. Sura xanım
    Sura xanım
    Qonaq
    Çox sağ olun.
  2. Qonaq leyla
    Qonaq leyla
    Qonaq
    Cox sag olun💜💜
  3. Miss
    Miss
    Qonaq

    tesekkur ediem


Şərh Yaz