- I şəxs (danışan): təkdə — mən, cəmdə — biz
- II şəxs (dinləyən): təkdə — sən, cəmdə — siz
- III şəxs (haqqında danışılan): təkdə — o, cəmdə onlar
I və II şəxsi bildirən əvəzliklər yalnız insana aid olur və kim? sualına cavab verir. III şəxsi bildirən əvəzliklər isə həm insana, həm də heyvana və cansızlara aid ola bilir. Məsələn: - Pişik ev heyvanıdır. O, ildə dört, bəzən də beş bala verir.
- Yaqut qiymətli daşdır O, əsasən Bədəxşəndə çox tapılır.
III şəxsi bildirən əvəzliklər heyvana və cansızlara aid olduqda nə? sualına cavab verir. Şəxs əvəzliyi heç də həmişə insana aid olmur. Burada "şəxs" sözü qrammatik mənadadır.
Şəxs əvəzlikləri quruluşca yalnız sadə olur. Şəxs əvəzlikləri isim kimi hallanır. Mən və biz əvəzlikləri hallandıqda yiyəlik halda -in şəkilçisi əvəzinə -im şəkilçisini qəbul edir. Müqayisə edin: sən ismi yiyəlik halda sən+in olur, mən əvəzliyi isə eyni halda mən+im olur. Şəxs əvəzlikləri mənsubiyyətə görə dəyişmir. O şəxs əvəzliyi cümlədə mübtəda olduqda çox vaxt ondan sonra vergül qoyulur. Məsələn: O, xalamgil ilə qonşudur. Şəxs əvəzliklərindən sonra xəbər işlənərsə, vergül qoyulmaz. Məsələn: O gedir. Şəxs əvəzlikləri əşyaların adını bildirmir,onları əvəz edir. Əvəzlik isim kimi qoşmalarla da işlənə bilir.
Şərhlər 1
Şərh edin