V Bölüm: Mübarizənin Sevgisi
Ruh dərin bir nəfəs aldı.
– Mən mübarizəni seçirəm. Əgər sevgi məni gücləndirəcəkdisə, bunun çətinliklərlə gəlməsi doğru olar.
Mələk razılıqla başını tərpətdi, amma üzündə bir damcı narahatlıq da görünürdü.
– Bu yol səni sarsıdacaq, amma eyni zamanda möhkəmləndirəcək. Qarşılaşacağın sevgi asan olmayacaq. Bu sevgi səndən səbr, fədakarlıq və inam tələb edəcək. Amma unutma, ən çətin yollardan ən böyük qələbələr çıxar.
Mələk əlini yuxarı qaldırdı və parlaq bir işıq saçıldı. Ruh bu işığın içində yenidən formalaşmağa başladı. Gözləri, əlləri, ürəyi – hər şey bu seçimin enerjisi ilə büründü. Dünya artıq onu gözləyirdi.
Mələk səsləndi:
– Bu yolda iki çətin seçim sənin yolunu müəyyən edəcək. Qarşına gələcək insan ya sənə öyrətməyə və səni dəyişdirməyə çalışacaq, ya da səni heç vaxt başa düşməyəcək, amma səni olduğu kimi qəbul edəcək. Hər iki seçim sevgini davam etdirmək üçün səndən müxtəlif fədakarlıqlar tələb edəcək.
Ruh düşüncəli bir şəkildə mələyə baxdı.
– Hansını seçəcəyəm?
Mələk gülümsədi.
– O artıq sənə bağlıdır. İndi get və öz hekayəni yaz.
V Bölüm Sonu
Oxucuya müraciət:
“Sən hansını seçərdin? Səni öyrətməyə, dəyişdirməyə çalışan sevgini, yoxsa səni olduğu kimi qəbul edən, amma heç vaxt tam anlamayan sevgini? Hər biri sənin yolunu fərqli bir istiqamətə aparacaq.”
| Öyrətməyə, dəyişdirməyə çalışan sevgi | Olduğu kimi qəbul edən |
Şərhlər 0
Şərh Yaz