Azərbaycancaaz
Mir.az » Bloq » Elxan Elatlı - Pəncərədə görünən kölgə

Elxan Elatlı - Pəncərədə görünən kölgə

275
Elxan Elatlı - Pəncərədə görünən kölgə
Nəhayət, uzun bir aradan sonra yenidən öz yazıçılarımızdan birinin əsərini oxumaq nəsib oldu mənə.

"Pəncərədə görünən kölgə" Elxan Elatlının oxuduğum ikinci əsəridir. Doğrusu ilk oxuduğum əsər - "Qan ləkəsi" daha əhatəli və dərin olsa da, nədənsə, çox da bəyənməmişdim. Geniş mövzusunun əksinə dili bəsit gəlmişdi. Həm əsərdəki qəhrəmanların həyat tərzi milli mentalitetdən xeyli uzaq görünmüşdü.

Yazıçının "Pəncərədə görünən kölgə" əsəri də digərləri kimi detektiv bir romandır.

Azərbaycanın uzaq kəndlərindən birində Səfayə adlı bir qadın evi tərk edir və sonra yoxa çıxır. Eyni zamanda onlarla qonşu olan bənna Mahmud qadının itdiyi günün gecəsində öldürülür. Ortada iki müəmma və bir neçə şübhəli var. Polislər bu cinayətin üstünü açmaqda xeyli çətinlik çəkirlər. Bu zaman istefada olan və kəndə qonaq gəlmiş polis polkovniki Qanbay Qasımlı diqqət və yüksək həssaslığı, dərin zəkası sayəsində cinayətin üstünü açır.

Sonunu əvvəldən heç cür təxmin edə bilmədiyim filmləri, kitabları çox sevirəm. Bu əsəri sevməyimin əsas səbəbi də başından etibarən hər cümləsini diqqətlə oxuyub ipucunu öncədən tapmaq istədiyim halda məni təəccübləndirən bir finalla nəticələnməsi oldu.

Əsərin əsas mövzusu bir cinayət olsa da, ailə münasibətləri, şiddət görən qadınlar, cəmiyyətdəki qanun pozuntuları və başqa məsələlərə də toxunulub.

Bir sözlə, əsəri bəyəndim və imkan olduqca Elxan Elatlının digər əsərlərini də oxumağa qərar verdim.

Umman Aslan


Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz