Azərbaycancaaz
Mir.az » Bloq » Yay tətilində oxumaq üçün maraqlı kitablar

Yay tətilində oxumaq üçün maraqlı kitablar

1 523
Yay tətilində oxumaq üçün maraqlı kitablar

Yay tətili marqaqlı bir iki kitab oxumadan bitsə, yarım qalmış olar deyə düşünürəm. Yəqin ki, mir.az saytından yüzlərlə kitabı pulsuz yükləyərək oxuya biləcəyinizi bilirsiniz. Bu məqalədə də sizlər üçün yay tətilində oxuya biləcəyiniz kitabları sıralamışıq. Kitablı tətillər.


Liseydən Dostlar — Selçuk Aydemir

Yay tətilində oxumaq üçün maraqlı kitablar

Bəziləri həqiqətən dəyişir, bəziləri isə sadəcə dəyişdiklərini düşünür.

Yay günəşi kimi isti bir kitabla qarşılaşmağa hazırsınızsa, Liseydən Dostlar məhz sizin üçündür. Daha əvvəl bir çox komediya filmlərinin ssenarisinə imza atan Selçuk Aydemir bu kitabda ondan gözlənilənləri edir: Oxucunu güldürür. Kitabda 90-cı illərin Küçükçekmece rayonundakı yumoristik bir hekayə var.


Fyodor Dostoyevski "Alçaldılmış və təhqir edilmiş insanlar"

Roman əsərin aparıcı obrazı Vanyanın dili ilə nəql olunur. O, zavallı mülkədar İxmenevin ailəsində onun qızı Nataşa ilə birgə tərbiyə almışdır. İxmenevin çox varlı malikanə qonşusu knyaz Volkovski onun yaxşı təsərrüfatçı olduğunu qiymətləndirir. İxmenevə əvvəlcə malikanəni idarə etməyi tapşırır, sonra isə oğlu Alyoşanın tərbiyəsi ilə məşğul olmağı xahiş edir.


Siçanlar və İnsanlar - John Steinbeck

İnsana yaxşı olmaq üçün səbəb lazım deyil. Hətta bəzən mənə elə gəlir ki, bunun əksi olmalıdır. Çox ağıllı birini götürün və onun yaxşı insan olduğunu demək olar ki, heç vaxt görməyəcəksiniz.

Əsərdə maraqlı məqamlardan biri də budur ki, artıq gəncliyini bu fermer təsərrüfatında işləyərək keçirmiş, hətta burada bir qolunu itirərək əlil olmuş qoca Plümün, Corc və Lenni ilə razılaşaraq birlikdə torpaq sahəsi almaq həvəsi heç də gənclərin arzu və istəyindən az deyil.


İki şəhərin hekayəsi - Çarlz Dikkens

Əsərin mövzusu haqqında yazmayacam,bu haqda kifayət qədər oxucunun təhlili var burada.Mən ən çox kitabda mənim diqqətimi çəkən,qəlbimə,ağlıma həkk olunan,unutmayacağım məqamlara toxunmaq istəyirəm.

Kitabda ədalət, haqsızlıq,zülm,sevgi,nifrət,intiqam,aclıq, səfalət,acı,kədər,ayriliq,dostluq,sadiqlik,xəyanət -butun duyğulara rast gəlmək olur.18ci əsr Fransasinin aclıq, səfalət içində yaşayan,varlıların bolluqdan,kasıbların aclıqdan öldüyü atmosferi hakimdir əsərə.

Teodor Drayzer - Amerika Faciəsi

Dünya şöhrətli Amerika yazıçısı Teodor Drayzerin 1925-ci ildə yazdığı “Amerika faciəsi” onun şah əsəri hesab olunur. Romanda küçə vaizlərinin oğlu olan, sıravi amerikalı Klayd Qriffitsin taleyindən danışılır. Müəllif göstərir ki, saxta idealların hökm sürdüyü bir quruluşda ruhu xilas etmək mümkün deyil. Vaizlərin oğlu valideynlərinin yolu ilə deyil, nəfs yolu ilə gedir. Əxlaqı pozulur, namuslu həyat sürən məsum Robertanı yoldan çıxarır. Cəmiyyətdəki “yüksək təbəqənin” üzvlüyünü qazanmaq istəyi səbəbindən Robertanı öldürməklə nəticədə özünü də məhv edir. Yazıçı bu əsəri ilə Amerikanın sosial həyatının, kapitalizmin eybəcər və dəhşətli üzünü göstərmişdir.


Erik Siqal - Bir Sevgi Tarixçəsi

Erik Volf Siqal onun həyatını dəyişmiş bu romanı yazanda(1970) 33 yaşı var idi. Siqalın ravvin ailəsində böyüdüyünü, Harvard, Prinston, Yel, Oksford universitetlərində yunan və latın ədəbiyyatından dərs dediyini nəzərə alsaq, bəlkə də, bunda ilahi nişanə var idi. Ona qədər professor Siqal yazıçı-ssenarist kimi də özünü göstərmək istəmişdi - bir kitab və məşhur Beatles qrupunun Yellow Submarine filminə ssenarinin bir hissəsini yazmışdı. Amma növbəti ssenarisini heç kimə sata bilmirdi. Siqalın meneceri ona əsəri romana çevirməyi məsləhət gördü. Nəticədə Bir sevgi tarixçəsi fenomeni ortaya çıxdı. Kitab 33 dilə çevrilib 20 milyon tirajla satıldı. Eyni ildə çəkilən film isə onlarla mükafata ( Oskar, Golden Globe və s.) layiq görüldü, kinomatoqrafiya tarixində 6-cı ən gəlirli filmə çevrildi.

Vəsiyyət - Frans Kafka

Kitaba məşhur Avstriya yazıçısı Frans Kafkanın «Hökm» novellası, pritçalarından nümu­nə­lər, «Gündəliklər»indən və çex jurnalisti Qustav Yanouxla söhbətlərindən parçalar daxil edilmişdir.

“Hökm” novellası şəxsi faciədən, müəllifin məruz qaldığı çıxılmaz durumdan bəhs edir: Ata ilə düşmənçilik, Oğulun nişanlanması və bununla bağlı ümidlər (təsadüfi deyil ki, Kafka bu əsəri nişanlısı Felitsa Bauerə ithaf edib), zorakı sonluq. Bu cür sonluq Kafkanın şüurunda öz işartısını daim göstərib. Xəstə ata Georqa ölüm hökmü kəsir, o da tərəddüd etmədən özünü çaya atır. Oğul o səbəbdən cəzaya məhkum edilir ki, o evlənmək, bununla da nəslin başçısını patriarx hüququndan məhrum etmək fikrinə düşüb. Ancaq çıxarılan hökmün gözlənilməz motivi də var: Ata – Peterburqda qərar tutan, həyatda və işgüzar mühitdə bəxti gətirməyən Dostun tərəfini saxlayır. Burada Dost – Kafkanın mənəvi dünyasını, Georq isə Kafkanın simasında atasının görmək istədiyi «şəhərli oğul» obrazını təcəssüm etdirir.


Ağrı - Aslan Quliyev

Aslan Quliyevin bu romanında hər bir azərbaycanlının qəl-bində gəzdirdiyi ağrıdan, onları ağrıdan mövzudan bəhs edilir. Müəllifin işıq üzü görən əsərləri, kitabları oxucular tərəfindən böyük sevgi ilə qarşılanır. Ədəbi taleyində haqsızlıqlara məruz qalmış yazıçının haqsızlara məruz qalan xalqının ağrılı taleyin-dən bəhs edən bu kitabının da eyni sevgi ilə qarşılanacağına və müəllifə böyük üğur qazandıracağına şübhə etmirik.



Şərhlər 1

Şərh Yaz
  1. oxucular
    oxucular
    Qonaq
    cox gozel eserlerdi. yay tetilinde mutleq oxuyacam, tesekkurler.

Şərh Yaz