Azərbaycancaaz
Mir.az » Bloq » Həyat anlayışınızı dəyişəcək bir kitab - Solyaris

Həyat anlayışınızı dəyişəcək bir kitab - Solyaris

935
Həyat anlayışınızı dəyişəcək bir kitab - Solyaris
Elmi fantastika janrında olduğu üçün mövzusunu belə bilmədən diqqətimi cəlb etmişdi mənim və təbii ki üz qapağının gözəlliyi də buna daxildir?.

"Solyaris" dünyanın yeni kəşf etdiyi, okeanla əhatə olunan planetdir. Okeanın bu əsərdə çox böyük bir rolu var. "Solyaris"i kəşf etmək məqsədilə bura çoxlu ekspedisiyalar edilmiş, planeti daha yaxşı öyrənmək üçün kosmik stansiya tikilmişdir. Bir gün stansiya ilə dünya arasında əlaqə kəsildiyindən baş qəhrəmanımız psixoloq Kris Kelvin orada baş verənləri öyrənmək üçün "Solyaris"ə yola düşür. Kris Kelvin stansiyada qaldığı müddətdə özü, öz keçmişi ilə üzləşir...

Çox şey demək istəmirəm çünki oxuduqca kitabda baş verən hadisələri kəşf etmək, dərk etmək oxucuya ayrı bir zövq verir. Kitabda çoxlu elmi mülahizələrin, fakların verilməsi kitabı oxumağı biraz çətinləşdirsə də əsərdə baş verən hadisələri başa düşmək üçün lazımlı olduğunu oxuduqca anladım. Demək istədiyim əsərin əvvəllərində belə şeylər görsəniz kitabı tez yerə qoymuyun? qarşıda sizi çox həyəcanlı hadisələr gözləyir.
Həyat anlayışınızı dəyişəcək bir kitab - Solyaris
? Elmi-fantastika janrında olmasına baxmayaraq, əsər həm də psixoloji, fəlsəfi mövzuları özündə birləşdirir. Dili biraz çətin, anlaya-anlaya oxunulası və mövzusu fərqli olan kitablardan biridir. Elmi-fantastika sevənlərin bu kitabı da oxumasını şiddətlə tövsiyyə edirəm. Hər kəsə xoş mütaliələr

Ps: əsərin 1972-ci il istehsalı olan filmi də var. Mən hələ baxa bilməsəm də izləyənlər çox bəyənib və tərifləyirlər? tez bir zamanda izləməyi planlaşdırıram, siz də izləyin

"Biz... biz Kainatın adi otlarıyıq və bu adiliyimizlə fəxr eləyirik; düşünürük ki, ona hər şeyi sığışdırmaq olar. Cəsarətlə və sevinclə uzaqlara, başqa dünyalara yola düşəndə sxem belə idi! Amma bu başqa dünyalar nə olan şeydir? Onları fəth eləyəcəyik, ya da fəth olunacağıq, bu bədbəxt beyinlərdə bundan başqa heç bir şey olmayıb..."




Şərhlər 4

Şərh Yaz
  1. Khajala HM
    Khajala HM
    Şərhçi
    Bu janrda ilk defe oxuyuram ve dayanmaq mumkun deyil.kitab "meni oxu " deyir.
    1. Admin
      Admin
      Bilgin
      Kitabı bəyənsəniz, eyni janrda olan kitablar tövsiyə edə bilərəm.
      --------------------
      İnstagram
      1. Khajala HM
        Khajala HM
        Şərhçi
        Bele bir esere bele bir menasiz ve ani sonluq... amma yene de beyendim siz tovsiye edin .

        1. Admin
          Admin
          Bilgin
          yazarın bir digər kitabı olan aden kitabını oxumağınızı məsləhət görürəm.
          kitab saytda mövcuddur.
          --------------------
          İnstagram

Şərh Yaz