Azərbaycancaaz
Mir.az » Bloq » Mir.az da ən çox yüklənən 10 kitab

Mir.az da ən çox yüklənən 10 kitab

1 057
Mir.az da ən çox yüklənən 10 kitab
Bəzən adam bir şeylər oxumaq sitəyir amma nə oxuyacağına qərar verə bilmir. Ya da ki, hər zaman oxuduğu tərzin və bildiyi yazarların xaricində bir şey axtaranda adam nə axtardığını belə bilmir. O məhur deyimdə olduğu kimi "İnsan nəyi bilmədiyini bilmir". Belə olanda adətən ətrafımızda olan oxuculardan və ya internetdə olan kitab siyahılarından faydalanırıq. Belə halları nəzərə alaraq mən də bir kitab siyahısı hazırlamaq qərarına gəldim və siyahıda mir.az saytında ən çox yüklənən 10 kitabı bu siyahlıda topladım.
Aşağıdakı siyahıda 6 ay ərzində saytda ən çox yüklənən 10 kitab yer alır.

Mir.az da ən çox yüklənən 10 kitab

  1. Robert Kiosaki "Varlı Ata, Kasıb Ata"
    Məktəbdə bizə maddi cəhətdən müvəffəqiyyətli, firavan və müstəqil bir insan olmağımızı yox, kütlədən necə kənarda qalmamağı, hamı kimi olmağımızı öyrədildi. Riyazi, fiziki və kimyəvi düsturları və teoremləri əzbərlədik. Bəs bunlar həyatda bizim üçün necə faydalıdır?
  2. Esra Ezmeci "İz Bıraktığın Kadar Varsın"
    Mükəmməl bir bütöv gözəl hissələr tələb edir. Bunun kimi mükəmməl işləyən bir sistem, bir pətəkdəki və ya nəhəng qarışqa yuvasındakı arıları düşünün. Münasibətlər də belədir, bütün münasibəti saxlamaq üçün tək heç nə kifayət etmir. Fırtınada qalan qayığa tək yelkənlər kömək edə bilməz, onun möhkəm mühərrikə, bəlkə də çəkilməsi lazım olan avarlara və qayığı yelkəndə saxlamaq üçün göyərtədə bir neçə bacarıqlı insana ehtiyacı var.
  3. Miraç Çağrı Aktaş "Hayat kaybettiğin yerden başlar" PDF
    "İtirdiyiniz zaman deyil, imtina etdiyiniz zaman məğlub olursunuz". Bütün dünya yığışıb sənə gecikdiyini desə belə, yox, gecikmədin! Əksinə, siz tam yenidən başlamalı olduğunuz nöqtədəsiniz. Və bəzən belə düşünməkdən əl çəkməsən də, heç nə itirməmisən.
  4. Napoleon Hill "Düşün Və Varlan"
    Yəqin ki, dünyada ən əhəmiyyətli və nüfuzlu kitab uğura, zənginliyə, maneələri aşa bilən həyat enerjisinə və məqsədyönlülüyə yönləndirən dərslik sayılır. “Düşün və varlan” kitabı 70 il ərzində zənginliyin yaradılması üzrə klassik dərslik sayılır.
  5. İclal Aydın "Üç kız kardeş"
    Bir zamanlar, bir ölkənin ən gözəl dənizinə baxan bir evdə üç bacı yaşayırdı. Adları Türkan, Dönüş və Dərya idi.

    Türkan, Dönüş və dəryanın uşaqlığı Ayvalığın şam qoxulu küçələrində keçən nağıllar kimi uşaqlıqları, onları böyüklərun dünyasının zülmünə hazırlamamışdı.
  6. Joseph Murphy "Şüuraltının gücü"
    “Şüuraltının gücü” kitabında Jozef Mörfi şüuraltına təsir üçün çoxsaylı sadə metodlar göstərir. Əgər onları düzgün tətbiq etsəniz, bu sizə şüuraltı problemi yaranarkən düzgün həll yolunu tapmağa, yüksək əxlaqi dəyərlər qazanmağa və pis vərdişlərdən xilas olmağa kömək edəcək.
    Kitab, bütün yaşlardan olan geniş oxucu çevrəsi, xüsu­sən də, gənc nəsil üçün nəzərdə tutulub.
  7. Qriqori Petrov "Ağ zanbaqlar ölkəsi"
    “Ağ zanbaqlar ölkəsi” görkəmli rus ilahiyyatçısı və ictimai xadimi Qriqori Spiridonoviç Petrovun (1866-1925) ən tanınmış publisist əsəridir. Rusiyada baş verən qanlı Oktyabr inqilabından sonra mühacirətə gedən Q.Petrov bu kitabı Serbiyada çap etdirmişdi. Kitab çap olunan kimi Avropanın slavyan xalqları arasında böyük şöhrət qazanmış, təkrar-təkrar nəşr edilərək yayılmışdı. Kitabda Finlandiyanın Ru­siyaya birləşdirilməsindən sonra keçdiyi inkişaf yolu təsvir edilir.
  8. Maral Atmaca "Yaralasar 2"
    Kitabın mövzusu: Sədəf damğa vurandan xilas olmaq istəyən ovçu olsa da, heç gözləmədiyi anda özünü ovçu kimi görür. Ya Sedef həyatını kabusa çevirən damğa vuranı tapacaq, ya da damğa vuran Sədəfi ovlayacaq. Nəfəssiz bir təqibdən sonra qalibin kim olacağına, son həmləni daha ağıllıca edən qərar verəcək.
  9. Xalid Hüseyni "Çərpələng Uçuran"
    Xalid Hüseyninin bu debüt romanını artıq yeni əsrin baş romanı, müəllifini isə canlı klassik hesab eləyirlər. ‘Çərpaləng uçuran’ bu an yaşanan müstəmləkəçilik sonrası yeni müstəmləkəçilik (neokolonial), qloballaşma, mədəniyyətlərarası savaş, vətəndaş müharibəsi və miqrasiya kimi mövzulara bədii baxış açısı gətirir. Bundan əlavə, müəllif xatirələr, aydınlatma, cinsi ilişkilər kimi qavrayışlara da toxunur. Kitab sözün əsl mənasında dostluq, sədaqət, xəyanət, günahlardan arınma haqqındadır və Xalid Hüseyninin bu incə, canayaxın, ironik və sözün yaxşı mənasında sentimental romanı doymadan və göz çəkə bilmədən baxdıqca baxılan möhtəşəm bir rəsm əsərinə bənzəyir.
  10. Coan Roulinq "Harri Potter və Fəlsəfə Daşı"
    Fəlsəfə daşı Harry Potter Kitab seriyasının da, yazar J.K.Rowlingin də ilk kitabıdır. Rowling bu kitabı ərsəyə gətirmək üçün 7 il sərf edib. Maraqlısı budur ki, yazıçının bu kitabı yayımlamaq üçün müraciət etdiyi nəşriyyatlardan 12-i ona rədd cavabı verib, nəhayət qapısını döydüyü 13-cü nəşriyyat kitabı çap etməyə razı olub.


Yuxarıdakı kitablardan hansını oxumaq istəsəniz üzərinə tıklayaraq kitab səhifəsinə keçə və kitabı yükləyə bilərsiniz.


Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz