Azərbaycancaaz
Mir.az » Kitablar » Qriqori Petrov "Ağ zanbaqlar ölkəsi" PDF

Qriqori Petrov "Ağ zanbaqlar ölkəsi" PDF

Qriqori Petrov "Ağ zanbaqlar ölkəsi" PDF
  • Reytinq: 258
  • Şərhlər: 11
Populyarlıq 79% 79%


Diqqət Çəkənlər
“Ağ zanbaqlar ölkəsi” görkəmli rus ilahiyyatçısı və ictimai xadimi Qriqori Spiridonoviç Petrovun (1866-1925) ən tanınmış publisist əsəridir. Rusiyada baş verən qanlı Oktyabr inqilabından sonra mühacirətə gedən Q.Petrov bu kitabı Serbiyada çap etdirmişdi. Kitab çap olunan kimi Avropanın slavyan xalqları arasında böyük şöhrət qazanmış, təkrar-təkrar nəşr edilərək yayılmışdı. Kitabda Finlandiyanın Ru­siyaya birləşdirilməsindən sonra keçdiyi inkişaf yolu təsvir edilir. Əlbəttə, burada təsvir olunan hadisələr bütünlüklə reallığı əks etdirmir, Q.Petrov Finlandiyanın timsalında geri qalmış bir ölkənin tərəqqi yoluna çıxması və çiçəklənən bir ölkəyə çevrilməsinin özünəməxsus modelini yaradaraq ortaya qoyur. Lakin Q.Petrovun bu əsərində, yarıreal-yarıutopik təsvirlərlə oxucuya təqdim olunan Fin­landiya, doğrudan da, bu əsərin yazılmasına qədər və yazılmasından sonra keçdiyi inkişaf yoluyla dünyanın ən qabaqcıl və zəngin bir ölkəsinə çevrilməsiylə heyrət doğurur. 1928-ci ildə türk dilinə çevrilən kitabla tanış olan Atatürk kitabı çox bəyənmiş, onun Türkiyənin məktəblərində, xüsusilə də, hərbi liseylərdə dərs vəsaiti kimi öyrədilməsi barədə əmr vermişdi.
Qriqori Petrov "Ağ zanbaqlar ölkəsi" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 11

Şərh Yaz
  1. Nargiz Hoseyn
    Nargiz Hoseyn
    Qonaq
    Hər insanın oxumalı və dərs çıxarmalı olduğu bir kitabdır.
  2. Ayten Raqimova
    Ayten Raqimova
    Qonaq
    Son hissəsini çox da bəyənmədim amma ondan əvvəlki hissələr əladı
  3. Tural Memmedov
    Tural Memmedov
    Qonaq
    Pis kitab yoxdur

  4. Qonaq Tesla
    Qonaq Tesla
    Qonaq
    Daha yeni başladım görekde nece kitabıdır.
  5. Qonaq Tesla
    Qonaq Tesla
    Qonaq
    Yeni başladım oxumaqa
  6. Eliw Muxtarovski
    Eliw Muxtarovski
    Qonaq
    Başladım
  7. Rassim Khaliloff
    Rassim Khaliloff
    Qonaq
    Ünsiyyetde olduğum her kese meshelet bildiyim kitab , hetta iş yerinde yaşı 60 dan yuxarı olan ağsaqqala ele maraqla danışıbmışam ki gedib gece türkcesini tapıb oxumağa başlayıb , ele onun üçün ana dilinde versiya axtarırdım ki bu menbeye rast geldim Emeyi kećen her kese teşekkür edirem.
  8. Qadir Muradov
    Qadir Muradov
    Qonaq

    Yaxşı əsərdir

  9. Ellada Babayeva
    Ellada Babayeva
    Qonaq
    Salam. Azərbaycanca pdf i necə yükləmək olur bu kitabın.?
  10. Sonay Musayeva
    Sonay Musayeva
    Şərhçi
    hazır imtahanlarda bitib rahatlıqla oxumağa başlıya biləriyy

  11. Emil Asadov
    Emil Asadov
    Oxucu
    Azərbaycan dilində necə yükləyək?

Şərh Yaz