Azərbaycancaaz
Mir.az » Bloq » Kitabın Qoxusu: Niyə Bu Qədər Cazibədardır?

Kitabın Qoxusu: Niyə Bu Qədər Cazibədardır?

142
Kitabın Qoxusu: Niyə Bu Qədər Cazibədardır?
Kitabın qoxusunun niyə hamımızın xoşuna gəldiyini heç düşündünüzmü?
 
Bəlkə oxuduğumuz kitablar xarakterimizi formalaşdırdığı üçün. Bəlkə cümlələrdə özümüzdən bir parça tapdığımız üçün. Bəlkə də bu qoxu, səhifələri deyil, bədənimizi, şəxsiyyətimizi əks etdirdiyi üçün.
 
Bu özünəməxsus qoxu, anamızın, atamızın və ya nənəmizin kitab oxuduğu anları bizə xatırladar. Qırmızı Papaqlı Qız, Qaşağı, Dənizlər Altında 20 Min Fersah, 80 Gündə Dünya Səyahəti... Agatha Christie ilə detektiv macəralara atıldığımız anlar gözümüzün önündə canlanar, macəraçılıq tərəfimizi hiss edərik. Tolstoy’un klassikləri, Stephen King’in cümlələri... Hər biri burnumuzda tütər. Duyğuların hər halı qiymətli deyilmi nəticədə?
 
Necə ki bir musiqi bizi keçmişə qaytara bilirsə, bir qoxu da bizi müxtəlif diyarlara səyahət etdirir. Bir yeməyin dadını sevməyimizin səbəbi, o yeməklə əlaqələndirdiyimiz gözəl bir andır. Uşaqlıqda bayram səhər yeməklərində yediyim qiyməli pidəni hələ də çox sevirəm. Anamın bazar günləri hazırladığı pendirli poğaçalar isə başqa bir dünyadır.
 
Amma kitab qoxusunu sevməyimizin tək səbəbi bu emosional əlaqələr deyil. Aparılan son araşdırmalar kitab qoxusunun elmi səbəbini də üzə çıxardı.
 
Araşdırmalara görə kitab qoxusunu yaradan üç əsas amil var: mürəkkəb, kağız və cildləmədə istifadə olunan yapışqan. Bu üç amil, zamanla uçucu üzvi birləşmələr (VOC) yaradır. Bu birləşmələr, zamanla ətrafa şirin bir qoxu yayır.
 
Kitablarımız köhnəldikcə saralır, illənmiş şərab kimi. Zamanla kağızın strukturundakı sellüloz və lignin pozulur, bu pozulma nəticəsində benzaldehid, etil heksanol, toluen və etil benzen kimi üzvi birləşmələr ortaya çıxır və xoşumuza gələn o şirin qoxuları yayır.
 
Toluen və etil benzen vanilyavari, benzaldehid və furfural badəmvari, etil heksanol isə çiçəkvari qoxular yayır. Qoxunun intensivliyini müəyyən edən amil, kimyəvi qarışımın yanı sıra kitabın yaşıdır.
 
2017-ci ildə aparılan bir araşdırmada, təxminən 80 nəfərlik bir qrupa müxtəlif qoxular iylədilmiş və təxmin etmələri istənmişdir. İştirakçıların əksəriyyəti, iylədilən köhnə kitab qoxusunu ən çox şokolada bənzətmişdir. İkinci təxminləri isə qəhvə olmuşdur. Maraqlıdır, deyilmi? Şokolad üstəgəl qəhvə... Gəl də kitab qoxusunu sevmə!
 
İndi mən, şokolad və qəhvə müşayiəti ilə kitab oxumağa gedirəm. 😊


Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz