Sigmund Freud haqqında bəlkə də bilmədiyiniz 15 maraqlı fakt
Psixoanalizin banisi, yuxu yozmalarının atası, itlərlə terapiyaya inanan, siqar vərdişindən əl çəkməyən və 62 rəqəmindən qorxan bir şəxs… Budur, Sigmund Freudun həyatı haqqında sizi təəccübləndirəcək detallı məlumatlar:
Freud kim idi?
6 may 1856-cı ildə indiki Çexiyada yerləşən Pribor şəhərində anadan olub. Həkim idi və psixoanaliz adlanan yeni bir müalicə üsulu yaradıb. Onun fikrincə, insanların davranışları əsasən şüuraltı istəklər və daxili konfliktlərdən qaynaqlanır. O dövrdə ciddi qəbul olunmasa da, bu gün belə düşüncələri müzakirə edilir.
1. Seanslarda “terapiya iti” olurdu
Freud terapiya zamanı "Jofi" adlı itini yanında saxlayardı. Deyirdi ki, bu, xəstələrin özünü daha rahat hiss etməsinə kömək edir. Jofi hətta seansın müddətini də öyrənmişdi — ayağa qalxanda Freud bilirdi ki, vaxt bitib.
2. 62 rəqəmindən qorxurdu
Freud 62 yaşında öləcəyini düşünürdü. Bu səbəbdən 62 nömrəli heç bir otel otağında qalmırdı. Amma 83 yaşına qədər yaşadı.
3. Həddindən artıq nizamlı idi
Hər günü dəqiq plan üzrə keçirdi: eyni saatda yemək yeyir, eyni yoldan gəzintiyə çıxır, sonra terapiyalarına davam edirdi. Toyuq yeməyi xoşlamırdı, amma qırmızı əti sevirdi.
4. Məşhur divan hədiyyə idi
Freudun pasiyentlərini uzandıraraq danışdırdığı məşhur divan, əslində bir xəstənin ona hədiyyəsi idi. Uzandıqda insanlar daha rahat danışırdılar — bunu özü müşahidə etmişdi.
5. Gün ərzində 20 siqar çəkirdi
Siqara yox, məhz siqar — özü də gündə 20 ədəd. Bu vərdiş illər sonra onun çənəsində şişin yaranmasına səbəb oldu. Axırda şiddətli ağrılara görə morfinlə həyatına son verilməsini istədi.
6. Yalnız 3 dəst geyimi vardı
Qarderobunda cəmi 3 kostyum, 3 cüt alt paltarı və 3 cüt ayaqqabı saxlayırdı. Deyirdi ki, bundan artığı artıqdır.
7. Kokainlə müalicə etməyə çalışmışdı
Tez-tez migren (şiddətli baş ağrısı) keçirirdi. Düşünürdü ki, kokain ağrını yüngülləşdirə bilər. Bu səbəbdən bir müddət kokain istifadə etdi və asılılıq yarandı.
8. Nasistlərdən qaçmalı oldu
Nasistlər onun kitablarını yandırdı, evinə basqın etdilər, qızı Anna-nı həbs etdilər. Freud yəhudi idi və təhlükə altındaydı. Şahzadə Mari Bonapartın köməyi ilə ailəsi ilə birgə qaçdı. Amma 4 bacısı toplama düşərgəsində həlak oldu.
9. Bir neçə dil bilirdi
Almanca və ingiliscədən əlavə ispan dilini də bilirdi. “Don Kixot” əsərini orijinaldan oxuya bilmək üçün gənc yaşlarında bu dili öyrənmişdi.
10. Mussoliniyə məktub yazdı
Bəziləri Freudun Mussoliniyə rəğbət bəslədiyini düşünürdü. Amma Freud, fizikaçı Albert Eynşteynlə birlikdə Mussoliniyə "Niyə müharibə?" adlı məktub göndərərək müharibəyə qarşı olduğunu bildirmişdi.
11. Ayda onun adına krater var
Ay səthində “Freud” adlı kiçik bir krater var. Təxminən 2 kilometr diametrindədir.
12. 12 dəfə Nobelə namizəd oldu, amma qazana bilmədi
O, Nobel mükafatına 12 dəfə namizəd göstərilsə də, heç vaxt qazana bilmədi. Səbəb isə bəzi alimlərin onun nəzəriyyələrini yetərincə elmi hesab etməməsi idi.
13. Arxeologiyaya həvəsi vardı
Təxminən 2000 qədim əşya toplayıb. Bu kolleksiya hazırda Londondakı Freud Muzeyində nümayiş olunur.
14. Qazla bağlı da nəzəriyyəsi vardı
Freud, insanların qaz buraxmaqdan niyə utanmasını belə araşdırmışdı. Onun fikrincə, bu utanma insanın içindəki “heyvani yönünü” inkar etmək cəhdindən doğurdu.
15. Freudun mirası nə oldu?
Bəzi nəzəriyyələri bu gün artıq keçərli olmasa da, insan davranışlarına şüuraltının təsiri fikri hələ də çox vacib hesab olunur. İnsan duyğuları, arzuları və bastırılmış düşüncələri — Freudun bizə qoyduğu miras bu dərinliklərdə gizlidir.
Sual: Sizə görə ən maraqlı fakt hansı oldu?
Şərhlər 0
Şərh Yaz