Azərbaycancaaz
Mir.az » Dərslik » Coğrafiya Test Tolusu 2020 - Güvən PDF

Coğrafiya Test Tolusu 2020 - Güvən PDF

Coğrafiya Test Tolusu 2020 - Güvən PDF
  • Reytinq: 117
  • Şərhlər: 9
Populyarlıq 80% 80%


Məktəb illərində qazanılan biliyin ali məktəblərə qəbul olmaq üçün hazırlıq dövründə daha da möhkəmləndirilməsi uğurlu nəticəyə nail olmağın ən əsas şərtlərindəndir. Hazırlıq dövründə, eləcə də DİM-in sınaq və qəbul imtahanlarının tərtibində orta məktəb dərslikləri əsas götürülsə də, bu yoldakı səmərəliliyi artırmaq üçün digər hazırlıq vəsaitlərinə də ehtiyac duyulur. Bizim vəsait də bu sahədə sizə qazandıqlarınız bilikləri daha da möhkəmləndirməyə xidmət edəcəkdir. Vəsaitdə yeni təhsil proqramı əsasında hazırlanmış mövzular üzrə nəzəri məlumatlar elə hazırlanmışdır ki, abituriyentin orta məktəb dərsliklərindən öyrəndikləri bilikləri tamamlayır, zənginləşdirir və sistemləşdirir.
Vəsaitin hazırlanmasında ümumtəhsil məktəblərinin 6, 7, 8, 9, 10 və 11-ci sinif coğrafiya dərsliklərindən və tədris atlaslarından, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatlarından, BMT-nin ixtisaslaşmış sahəvi təşkilatlarının və digər beynəlxalq təşkilatların dövri olaraq yenilənən məlumat bazalarından, həmçinin internet resurslarından istifadə olunmuşdur.
Vəsaitdə mövzuların sistemli və aydın şəkildə izah olunması abituriyent üçün vaxta qənaət etmək imkanı yaradır. Çoxsaylı rəngarəng cədvəl, qrafik, şəkil və xəritələr izahın obrazlılığını təmin etməklə, mövzuların mənimsənilməsini xeyli asanlaşdırır və yadda saxlanılmasına kömək edir. Vəsaitdə həmçinin coğrafiyanın bəzi mövzularına aid olan çalışmaların izahı verilmişdir.
İnanırıq ki, qüvvədə olan tədris proqramına və fənn kurikulumlarına uyğun tərtib olunmuş bu vəsait həm müəllimlər, həm abituriyentlər, həm də orta məktəb şagirdləri üçün faydalı olacaqdır.
Dəyərli müəllimlər və abituriyentlər, bu nəşrə diqqətlə yanaşmağınızı və ümumi işimizə kömək naminə dərslikdəki materiallarla bağlı rəy, tənqidi qeydlər və təkliflər bildirməyinizi sizlərdən xahiş edirik.
Coğrafiya Test Tolusu 2020 - Güvən PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 9

Şərh Yaz
  1. Qonaq Hüseyn Allahverdiyev
    Qonaq Hüseyn Allahverdiyev
    Qonaq
    Səviyyəli proqramdır
  2. Qonaq Zeynal
    Qonaq Zeynal
    Qonaq
    Yaxşı
  3. Qonaq Kənan
    Qonaq Kənan
    Qonaq
    Pdf lazımdir

  4. Aynur Huseynova_7
    Aynur Huseynova_7
    Oxucu
    Yükləyə bilmirəm kòmək edin xahiş
  5. Adil Vəliyev
    Adil Vəliyev
    Oxucu
    Ən sevdiyim pdf səhifəsi👍👍
  6. Məhəmməd Quliyev_4
    Məhəmməd Quliyev_4
    Oxucu

    Cox gozeldir bu qeder rahat tapmaq olmur.



  7. Nurel
    Nurel
    Qonaq

    Cox gözəl


  8. Qonaq Eldost
    Qonaq Eldost
    Qonaq

    Təhsil səviyyəmin artırılçası

  9. BMV
    BMV
    Oxucu
    Yaxşıdı

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar