Azərbaycancaaz
Mir.az » Dərslik » Magistr 2 jurnali 2020 pdf

Magistr 2 jurnali 2020 pdf

Magistr 2 jurnali 2020 pdf
  • Reytinq: 0
  • Şərhlər: 0
Populyarlıq 100% 100%


Hörmətli bakalavrlar! Jurnalımızın bu sayında sizə "Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli"ni və magistratura səviyyəsinin bəzi ixtisaslaşmaları üzrə qəbul proqramlarını təqdim edirik. Bu jurnaldan necə istifadə etməli? Hər bir bakalavr jurnalı əldə etdikdən sonra əvvəlcə onun ilk səhifələrində verilmiş "Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli" ilə diqqətlə tanış olmalıdır. Cədvəlin 1-ci sütununda bakalavr ixtisaslarının siyahısı verilib. Bakalavr bu siyahıdan bitirdiyi ixtisası tapır. Qarşıdakı 2-ci sütunda hər bir bakalavr ixtisasına uyğun olan magistratura ixtisaslarının (ixtisaslaşmalarının) adları qeyd olunub, 3-cü sütunda müvafiq qəbul proqramının nömrəsi, 4-cü sütunda isə ixtisaslaşma seçiminə buraxılmaq üçün tələb olunan minimal bal göstərilmişdir. Bakalavr qəbul imtahanındakı nəticəsindən asılı olaraq həmin ixtisaslaşmaların arasından öz istəyinə uyğun olanları seçməli və 3-cü sütunda göstərilən müvafiq proqrama aid ixtisaslaşmaları ixtisaslaşma seçimi zamanı elektron ərizəsinə daxil etməlidir. Məsələn, “050622 Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi” ixtisasını bitirmiş bakalavr əvvəlcə ixtisaslaşma seçimi cədvəlinə diqqət yetirir (aşağıda cədvəldən nümunə verilib). Cədvəlin 1-ci sütununda “050622 Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi” ixtisasının qeyd olunduğu xananı tapır.
Magistr 2 jurnali 2020 pdf
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar