Azərbaycancaaz
Mir.az » Dərslik » Musayev Aqil "Mülki Müdafiə Tibbi Xidmətinin Təşkili " PDF

Musayev Aqil "Mülki Müdafiə Tibbi Xidmətinin Təşkili " PDF

Musayev Aqil "Mülki Müdafiə Tibbi Xidmətinin Təşkili " PDF
  • Reytinq: 0
  • Şərhlər: 0
Populyarlıq 100% 100%


Azərbaycan Respublikası 1993-cü ildən Beynəlxalq Mülki Müdafiə Təşkilatının üzvüdür və beynəlxalq miqyasda keçirilən bütün tədbirlərdə fəal iştirak edir. Birləşmiş Millətlər Təşkilatı 1990-2000-ci illəri təbii fəlakətlərlə mübarizə onilliyi elan etmişdir. Həmin vaxtdan bəri hər il oktyabrın 13-ü Beynəlxalq Təhlükəsizlik günü kimi qeyd olunur. Əsas məqsəd bütün ölkələrin vətəndaşlarını öz ölkələrində, yaşadıqları bölgələrdə ən çox ehtimal olunan və baş verən təbii fəlakətlərə qarşı mübarizəyə hazırlamaqdır.

Son illər beynəlxalq təşkilatlar maraqlı bir açıqlama yaymışdır. Belə ki, kokret götürülmüş hər hansı bir dövrdə təbii fəlakət, iri nəqliyyat və istehsalat qəzaları zamanı insan tələfatı, insanların səhhətinin və normal həyat fəaliyyətinin pozulması, əhəmiyyətli maddi itkilər müharibə və ya hərbi münaqişələrin nəticələri ilə müqayisədə qat-qat çoxdur. Təbii ki, insan fəlakəti, müxtəlif dərəcəli xəsarətalma halları mülki əhali arasında daha çoxdur. Ona görə də mülki əhali üçün vaxtında və tam həcmdə tibbi göstərişlərə uyğun olaraq tibbi yardımın təşkili əsas vəzifə olmalıdır. Dövlətimizin bu sahəyə diqqəti müstəqilliyimiz dövründə daha da artmışdır.

Belə ki, AR-ın Milli Məclisi 1997-ci ildə ecMülki Müdafiə haqqında Qanunə qəbul etdi. Bu qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 1998-ci il 18 aprel tarixli 700 saylı fərmanının 2-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər kabineti 25. IX. 98-ci il tarixdə Mülki Müdafiənin təmin edilməsi məqsədilə 193 saylı qərar qəbul etmişdir. Bu sahədə dövlət siyasətini daha uğurla həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 16 dekabr 2005-ci il tarixli sərəncamı ilə ölkəmizdə Fövqəladə Hallarda Nazirliyi yaradılmışdır.
Musayev Aqil "Mülki Müdafiə Tibbi Xidmətinin Təşkili " PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar