Azərbaycancaaz
Mir.az » Dərslik » Azərbaycan dilinin izahlı lüğəti: Cild 1 - PDF

Azərbaycan dilinin izahlı lüğəti: Cild 1 - PDF

Azərbaycan dilinin izahlı lüğəti: Cild 1 - PDF
  • Janr: Lüğət
  • Baxılıb: 332
  • Yükləndi:
  • Yükləyən: Admin
  • Reytinq: 5
  • Şərhlər: 0
Populyarlıq 60% 60%


“Azərbaycan dilinin izahlı lüğəti” keçən əsrin 40-cı illərindən hazırlanmağa başlansa da, birinci cildi 1966-cı ildə işıq üzü görmüşdür. Həmin cildi görkəmli leksikoqraf və lüğətçi alim, Dövlət mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, f.e.d., professor Əliheydər Orucov tərtib etmişdi. Lüğətin redaktoru Əkrəm Cəfər idi. Redaksiya heyətinə isə Azərbaycan Milli Elmlər Akademiyasının akademikləri Məmməd Arif Dadaşzadə və Məmmədağa Şirəliyev, o cümlədən Əliheydər Orucov və Rəsul Rüstəmov daxil idilər.

Lüğətin ikinci cildinin nəşri üçün 14 il vaxt lazım oldu. Bu cildin tərtibi ilə f.e.n. Bəhruz Abdullayev, f.e.d., professor Əliheydər Orucov, f.e.n. Nərgiz Rəhimzadə, f.e.n. Məmmədhüseyn Xəlifəzadə və Mikayıl Rzaquluzadə məşğul olmuşdular. Redaktoru Əliheydər Orucov idi. Üçüncü cildin nəşri çox çəkmədi. 3 il sonra oxucular izahlı lüğətin üçüncü cildini də əldə etdilər. Kitabın redaktoru yenə Əliheydər Orucov idi. Redaksiya heyətinə f.e.d., professor Vaqif Aslanov daxil edilmişdi.

Nəhayət, sonuncu — dördüncü cild oxuculara 1987-ci ildə təqdim edildi. Kitabın tərtibçiləri, redaktoru və redaksiya heyəti də dəyişməz qalmışdı.

Beləliklə, 60 illik tərtib, 21 illik çap ömrü olan nəhəng bir lüğət ölkənin həyatında böyük mədəni bir hadisə kimi qarşılanmışdı.
Azərbaycan dilinin izahlı lüğəti: Cild 1 - PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar