Azərbaycancaaz
Mir.az » Kitablar » Carl Gustav Jung "Feminen & Dişilliğin Farklı Yüzleri" PDF

Carl Gustav Jung "Feminen & Dişilliğin Farklı Yüzleri" PDF

Carl Gustav Jung "Feminen & Dişilliğin Farklı Yüzleri" PDF
  • Reytinq: 7
  • Şərhlər: 0
Populyarlıq 71% 71%


Diqqət Çəkənlər

Analitik psixologiyanın banisi Karl Qustav Yunqun düşüncələri arasında arxetip anlayışı xüsusi yer tutur. Keçmişdən günümüzə qədər gələn, kollektiv şüur xaricində yaşayan arxetiplər hər insanda var və universal görünüşdə qarşımıza çıxar, deyir psixoloq. Yunqa görə bu kollektiv qeyri-şüuriliyin məzmununu bilavasitə müşahidə obyekti olmayan, lakin ətraf aləmdəki proyeksiyaları vasitəsilə qavranıla bilən ümumbəşəri ilk obrazlar - arxiteplər təşkil edir, hansılar ki, özlərini müxtəlif mifologiyalarda, simvolikalarda və s. büruzə verir.
Kitabda Yunqun dişilik üzrə görüşlərini ortaya qoyan bir çox məqalə və seçilmiş yazıları yer alıb. Evlilik, Eros, ana və bəkirəlik mövzuları, anima/animus anlayışları da incələnib. Xüsusən diqqətimi çəkən "Ana arxetipinin psixoloji istiqamətləri" hissəsi oldu. Ana arxitepini psixoloq mənfi və müsbət qütblərdə incələyir. Dişinin həm sehrli nüfuzu, müdrik və ruhani yüksəlişini, xidmət edən tərəfləri, daşıcılığını müsbət tərəf olması ilə yanaşı, gizli, qaranlıq olan, başdan çıxaran, udan (ilan, əjdaha kimi), qorxu oyadan mənfi tərəflərini də qeyd edir.
Arxetiplər içərisində Ağac arxetipi diqqəti xüsusi olaraq cəlb edir. Ağac, adətən üç hissədən ibarət, dünyanın əvvəlini-axırını özündə birləşdirən bir simvol kimi ortaya çıxır (səh.151) Bu hissəyə çatdığımda həqiqətən gözəl, şüur genişləndirici, baxış bucağımıza bir də dönüb yenidən baxmağımızı diktə edən bir kitab oxuduğumun fərqinə vardım. Yunq demir ki, mənim düşündüklərim və yazdıqlarım hamısı gerçəkdir və hamınız bunlara inanmalısınız. Deyir ki, sadəcə bu kimi məsələləri incələdiyinizdə yazdıqlarıma diqqət etməkdə fayda var, çünki bizlər hamımız kainatın bir parçasıyıq və bu parçalar haqqında biliklər tarix boyu minillərdir istər əsatir və miflərlə, istər elmi əsərlərlə, istərsə də ədəbi əsərlərlə axıb gəlməkdədir. Bu biliklərdən qaça bilmərik.
Carl Gustav Jung "Feminen & Dişilliğin Farklı Yüzleri" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar