Azərbaycancaaz
Mir.az » Kitablar » Ford Madox Ford "Yaxşı Əsgər" PDF

Ford Madox Ford "Yaxşı Əsgər" PDF

Ford Madox Ford "Yaxşı Əsgər" PDF
  • Reytinq: 5
  • Şərhlər: 0
Populyarlıq 80% 80%


Diqqət Çəkənlər

Kitab Birinci Dünya müharibəsi ərəfəsində iki amerikalı gəncin dostluq və ailə münasibətlərindən bəhs edir. Pozulmuş münasibətlər, xəyanət, keçmiş sirrlər dostlardan biri - John Dowellin dilindən nəql edilir. Əsər ədəbiyyatda "etibarsız nəqledici" metodunun ilk nümayəndələrindən sayılır.

• Belə ki, hekayə boyu tez-tez nizamsız zaman sıçrayışları, daha əvvəl deyilənlərlə uyğun gəlməyən olay və obraz izahları ilə qarşılaşırıq. Nəqledici sizə xəyanət edir : İnandırdığı şeyləri inkar edir. Yazıçının oxucusu ilə sanki oyun oynadığı bu hekayə sizi ya hədsiz qıcıqlandıracaq, ya da olduqca maraqlı, doyurucu mütaliə olacaq ! 😃

• Kitab 1988-ci ildə "Modern Library" tərəfindən "20-ci əsrin ən yaxşı 100 ingilisdilli romanı" siyahısına əlavə edilib.

▪︎Maraqlı fakt : Kitabın ikonik ilk cümləsi belədir : "This is the saddest story I have ever heard." // "Bu indiyə qədər eşitdiyim ən kədərli hekayədir". Əsərin orjinal adı da bu girişə uyğun olaraq "The Saddest Story" (Ən kədərli hekayə) şəklində idi.

Lakin Birinci Dünya müharibəsindən sonra əsəri çap edən nəşriyyat postmüharibə dövrü üçün bu adı çox "ümidqırıcı" hesab edib dəyişdirmək istəyir. Madox Ford da istehza ilə "Yaxşı əsgər" başlığını tövsiyə edir. Naşir isə həqiqətən kitabı bu şəkildə çap etdi, əsər də bütün dünyada məhz bu adla tanındı. Yazıçı illər sonra da bu hadisədən peşmançılıq duyduğunu qeyd etmişdi.
Ford Madox Ford "Yaxşı Əsgər" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar