Azərbaycancaaz
Mir.az » Kitablar » Şarl Perro "Çəkməli Pişik" PDF

Şarl Perro "Çəkməli Pişik" PDF

Şarl Perro "Çəkməli Pişik" PDF
  • Reytinq: 13
  • Şərhlər: 0
Populyarlıq 85% 85%


Diqqət Çəkənlər

▪︎ "Çəkməli pişik" oxuyan-oxumayan hər kəsin tanıdığı, sayısız-hesabsız adaptasiyaları olan məşhur Avropa xalq nağılı personajıdır.

📌 16-cı əsrdə İtaliya, Venesiyada buraxılan bir nağıllar toplusunda Bohemiyalı qadının oğlu olan və ona kömək etmək üçün pişik qiyafəsinə bürünmüş olduqca bacarıqlı pəri sayəsində Bohemiya kralına çevrilən yoxsul gəncin hekayəsindən danışılır. Nağılın sonrakı versiyalarının mənbəyinin də məhz bu hekayə olduğu güman olunur.

▪︎ Daha geri tarixlərə getdikdə isə, əksər nağıllar kimi bu nağılın da oxşar versiyalarının çox müxtəlif xalqlar tərəfindən danışıldığını görə bilərik : Qərbi & Şərqi Avropa xalqları, Anadolu xalqları, Hindistan, Qədim Misir və hətta Zanzibar. (Bu sonuncusunda heyvani personaj pişik yox, maraldır).

📌 Hekayənin müasir versiyaları arasında ən çox yayılmış olanı təqaüdə çıxmış bir dövlət qulluqçusu olan Şarl Perronun (1628 - 1703) mətnidir. Bu versiyaya görə, vəfat edən qocadan kiçik oğluna miras kimi sadəcə "işəyaramaz" bir pişik qalır. Lakin pişik dilə gəlir, sahibini ona bir şlyapa və bir çəkmə gətirməsi qarşılığında varlı edə biləcəyini deyir. Nağıl da məhz "Çəkməli Pişiy"in dolaşdığı yerlərdən, macəralarından, insanları necə asanlıqla aldadaraq pul toplamasından danışır.

🎬 Bildiyiniz kimi bu personaj dəfələrlə müxtəlif filmlərə, animasiyalara adaptasiya olunmuşdur. Klassik adaptasiyası :
Şarl Perro "Çəkməli Pişik" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar