Azərbaycancaaz
Mir.az » Kitablar » Vladimir Bartol "Əlamut" PDF

Vladimir Bartol "Əlamut" PDF

Vladimir Bartol "Əlamut" PDF
  • Reytinq: 21
  • Şərhlər: 0
Populyarlıq 95% 95%


Diqqət Çəkənlər

Hekayə 11-ci əsrin İranında cərəyan edir. Gəncliyində geniş dini - fəlsəfi, akademik təhsil alan, alim olan şiə təriqətindən Həsən ibn Sabbah irəli dövrlərdə Əlamut qalasını ələ keçirir, özünü peyğəmbər elan edir. 35 il boyunca bu qalanın sərhədlərindən uzaqlaşmadığı iddia edilən Sabbah seçilmiş bir qrup insanı peşəkar intihar suiqəsdçiləri kimi yetişdirir - sadəganlara, vəzirlərə, krallara qarşı gerçəkləşdiriləcək təhlükəli suiqəsdlər üçün.

Hətta bu dövrdə belə insanların sonu birmənalı ölüm olan yola tərəddüdsüz göndərmək qeyri-mümkün görünən məqsəd idi. Həsən ibn Sabbahın əsrlər boyu danışılan, təhlil edilən psixoloji oyunu burada başlayırdı : İnsanların qeyd şərtsiz itaəti üçün xəyali bir cənnət yaradır : Əlamut yaxınlığında möhtəşəm yaşıl bağlar, bu bağların içində hərəmlər qurur. Ən gözəl qadınları bu bağa gətirdərək süni hurilər yaradır. Bu zonada yetişməyən, insanların daha əvvəl adını eşitmədiyi min bir çeşid meyvəni, qidanı gətirir, məkanı Hindistanda istifadə olunan füsunkar fənərlərlə bəzəyir.

▪︎Qaçırdılan gənclər xaşxaş bitkisinin təsirinə məruz qalaraq bu bağda ayılırlar. Zehni tutqunlaşmış şəxslər düşdükləri yerin cənnət, bu cənnətin açarlarının da Sabbahın əllərində olmasına şübhə duymur. Bu cənnətə təkrar düşmək üçün ölümə getməyə hazırdırlar...

▪︎Qeyd : İlk dəfə 2007-ci ildə satışa buraxılan dünyaca məşhur "Assassin's creed" video oyununun adı, mövzusu da məhz bununla bağlıdır.
Vladimir Bartol "Əlamut" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar