Azərbaycancaaz
Mir.az » Kitablar » Aydın Xırdalanlı "Leysanlara Düşdüm" PDF

Aydın Xırdalanlı "Leysanlara Düşdüm" PDF

Aydın Xırdalanlı "Leysanlara Düşdüm" PDF
  • Reytinq: 40
  • Şərhlər: 4
Populyarlıq 90% 90%


Diqqət Çəkənlər
Haqq yoldan azıb nəbələd ünvanlara düşdüm,
Məcnuna dönüb, çöllü-biyabanlara düşdüm.

Zənnimcə, cəhənnəm odu etməz mənə təsir,
Ondan da betər atəşi-hicranlara düşdüm.

İslanmışa çox gəlmə hədə-qorxu yağışla,
Məndən xəbər al, gör necə leysanlara düşdüm.

Əvvəl ata sülbi, ana bətni və bu dünya,
Hər dəfə cəza çəkməyə zindanlara düşdüm.

Bir parça çörəkdən ötəri buğda misalı,
Əzdi fələyin çərxi, dəyirmanlara düşdüm.

Mən surətinin fikrinə daldıqca, ay üzlüm,
Hər tazə ayın əvvəli nöqsanlara düşdüm.

Aydın əlinə aldı qələm ta bu ümidlə,
Bəlkə, sözə xatir dilə, dastanlara düşdüm
Aydın Xırdalanlı "Leysanlara Düşdüm" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 4

Şərh Yaz
  1. Cemale Babayeva
    Cemale Babayeva
    Qonaq

    Coxgozel 

  2. Ismethuseynov
    Ismethuseynov
    Qonaq

    Eladir allah rehmet etsin.

  3. Samet kaya
    Samet kaya
    Oxucu

    Super


  4. Barateli Agayev
    Barateli Agayev
    Qonaq

    Allah rəhmət etsin dahi Sair idi






Şərh Yaz