Azərbaycancaaz
Mir.az » Kitablar » Yann Martel "Pi'nin Həyatı" PDF

Yann Martel "Pi'nin Həyatı" PDF

Yann Martel "Pi'nin Həyatı" PDF
  • Reytinq: 9
  • Şərhlər: 3
Populyarlıq 89% 89%


Diqqət Çəkənlər

▪︎Olduqca maraqlı bir hekayə və üsluba toxunmazdan öncə bu hekayəni ərsəyə gətirən yazıçı barədə danışmaq lazımdır - Yann Martel.

🔹 Məqsədini də bu şəkildə açıqlamışdı : "Kimin nə oxumağı, ümumiyyətlə, kitab oxuyub oxumamağı özünün biləcəyi işdir. Adi insanların nə etməsi məni maraqlandırmır, insanlara necə yaşayacaqlarını demək mənim işim deyil. Ancaq mənim üstümdə söz haqqı olan insanlardan danışırıqsa, iş dəyişir. Onların mütaliə etməsini istəyirəm, çünki sərhədli, bəsit xəyalları mənim kabuslarıma çevrilə bilər".

🔸 "Yazmağa başlamaq şüurlu bir qərar deyildi. Əvvəllər sadəcə vaxt keçsin deyə bərbad hekayələr və tamaşalar yazırdım. Amma cümlələrlə, sözlərlə oynamağı sevirdim. Buna görə də davam etdim. Yazdıqca daha yaxşı yazmağa başladım" cavabını verir, "Pi'nin həyatı" barədə də "məntiqli düşünməkdən yorulduğum üçün yazdım" deyirdi.

🔹Martel, kitabın önsözündə hekayənin necə doğulduğunu danışır : İkinci kitabı uğurlu olmamış, pul qazanmaq üçün dərhal yeni bir hekayəyə başlamalı olmuşdu. Yazdıqlarının istədiyi şey olmadığını hiss edib Bumbay şəhərinə səfərə çıxır. (Bu həm yazıçının Şərq dünyası, fəlsəfəsi marağından qaynaqlanır, həm də çox daha ucuz olan şəhərdə uzun müddət minimal büdcə ilə yaşaya biləcəyi gerçəyindən.) Gəzdiyi bütün küçələrdən, qarşılaşdığı hər insandan bir hekayə, lətifə, əhvalat eşitir. Bunların çoxu mənasız, ya da kitabı üçün faydasız idi. Ancaq aralarında bir real əhvalat vardı ki, Martelə böyük material verdi, onu Kanadaya qayıtmağa, macəranın baş qəhrəmanı Patel'i tapmağa, intervyü almağa sövq etdi.

🔸Pi (Patel) və ailəsinin sahib olduqları bir neçə heyvanla birlikdə Hindistandan Kanadaya köç etməsi ilə başlayır. Gəmi okeanın qəddarlığına qurban gedir, faciədən sadəcə bir qayıqda Pi və Benqal pələngi (Richard Parker) xilas olur. Bu balaca qayıq indi ucsuz-bucaqsız okeanda aylarca üzməlidir. Daha dəqiq desək, 227 gün boyunca. Bir tərəfdən itkilərin kədəri, bir tərəfdən sağ qalmaq uğrunda mübarizə və tez-tez üstünə çuğlanan ümidsizliyə qarşı vuruşmaq. İndiyə qədər gördüyü, yaşadığı bütün müharibələr, problemlər və itkilərin vicdan yükü. Pi'nin yolu çətin, olduqca çətindir. Ancaq bir o qədər də maraqlı, öyrədici və düşündürücü.

🎬 2012-ci ildə əsər əsasında rejissor Ang Lee eyniadlı film çəkmişdir. Macəra / dram janrındakı 2 saatlıq film olduqca uğurlu alınmış, 11 nominasiya üzrə Oskar mükafatına laureat göstərilməklə yanaşı, 80-dən çox müxtəlif nüfuzlu mükafatlara layiq görülmüşdür.

P. S. : Öncə əsəri oxumanızı, ardınca da filmini izləməyinizi şiddətlə tövsiyə edirik✨
Yann Martel "Pi'nin Həyatı" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 3

Şərh Yaz
  1. Ali Gürbüz
    Ali Gürbüz
    Oxucu

    çok iyi


    yüklenme çok uzun   sürüyor   bağzı şeykeri indirmiyor beklentimin altında kaldı☺☻


  2. Ms.nobody
    Ms.nobody
    Şərhçi

    Terry pratchett ve patrick ness in kitapları gelebilir mi lütfenn

  3. Apple LoLrgd
    Apple LoLrgd
    Oxucu

    Salam zəhmət olmasa kiber təhlükəsizliklə bağlı çoxlu kitablar atardız ən əsası: hacking exposed adlı kitabı azərbaycan dilində paylaşardız


Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar