Azərbaycancaaz
Mir.az » Kitablar » Fyodor Dostoyevski "Ölü Evindən Xatirələr" PDF

Fyodor Dostoyevski "Ölü Evindən Xatirələr" PDF

Fyodor Dostoyevski  "Ölü Evindən Xatirələr" PDF
  • Reytinq: 24
  • Şərhlər: 1
Populyarlıq 88% 88%


Diqqət Çəkənlər

Dostoyevski yaradıcılığında və dünyagörüşündə dönüş nöqtəsidir. Bu əsəri Dostoyevski onillik fasilədən, Sibir sürgünündən qayıtdıqdan sonra yazmışdır. 1849-cu ildə yazıçı Petraşevskinin dərnəyində iştirakına və orada V.Q.Belinskinin «Qoqola məktub»unu oxuduğuna görə digər sosialistutopistlərlə birlikdə həbs edilmişdi. Məhkəmə ona dərnəyin fəalları sırasında ölüm hökmü çıxarmış və onun icrasına bir neçə dəqiqə qalmış hökm Çar tərəfindən dəyişdirilərək Sibirə sürgünlə əvəz edilmişdi. Özünün çox da uzaqda olmayan ölüm anlarını yaşayan gənc ədib cəzanın dörd ilini Omsk şəhərinin həbsxanasında, qalan altı ilini isə Sibirdə keçirmişdi. «Ölü evdən qeydlər» əsəri yazıçının məhz Omsk həbsxanasındakı həyatını və təəssüratlarını əks etdirir və real faktlar əsasında yazılmışdır. Müdhiş cinayətlər törətmiş məhbuslarla ünsiyyət onun dünyagörüşünə ciddi təsir etmişdir.
Sibirin uzaq məmləkətlərində, çöllərin, dağların, ya da keçilməz meşələrin qoynunda arabir kiçik, bir, uzağı iki min əhalisi, ağacdan tikilmiş, yöndəmsiz, biri şəhərdə, digəri qəbiristanda yerləşən iki kilsəsi olan şəhərlərə rast gəlmək olur; daha çox Moskvaətrafı yaxşı bir kəndə oxşayan bu şəhərlər qəza polis rəisləri, iclasçılar və digər kiçik rütbəli zabitlərlə kifayət qədər təmin olunmuşdur. Ümumiyyətlə, Sibirin havası son dərəcə soyuq, xidməti son dərəcə isti olur. Burda insanlar sadə, məhdud yaşayır: köhnə, möhkəm, əsrlərlə müqəddəs sayılan qayda-qanunlar hökm sürür; əhali əsasən Sibir dvoryanlığı rolunu haqlı olaraq oynayan məmurlar, yerli əhali – köklü sibirlilər və verilən məvaciblə müqayisədə böyük donluqla, ikiqat yol pulu və gələcək həvəsləndirici ümidlərlə şirnikdirilmiş, Rusiyadan, əksərən də paytaxtdan gəlmələrdir. Onlardan həyatın sirrindən baş aça bilənləri, demək olar ki, həmişə Sibirdə qalırlar və həvəslə orda kök salırlar. Sonralar onlar bol və şirin meyvə gətirirlər. Amma digərləri – yelbeyin və həyatın sirrindən baş aça bilməyənlər tezliklə Sibirdən bezir və kədər içində özlərinə belə bir sual verirlər: onlar nə üçün bura tökülüb gəliblər? Onlar məcburi xidmətlərinin, yəni üç ilin sonunu səbirsizliklə gözləyirlər və bu müddət qurtaran kimi dərhal başqa yerə dəyişdirilmək üçün əlləşir, Sibiri söyüşlərə qərq edə-edə, məsxərəyə qoya-qoya evlərinə qayıdırlar. Onlar haqsızdırlar: təkcə xidməti deyil, bir çox digər baxımdan Sibirdə kef çəkmək olar. İqlimi gözəldir, çoxlu zəngin və qonaqpərvər tacirləri var, müxtəlif xalqların nümayəndələri son dərəcə firavan yaşayırlar, cavan qızlar qızılgül kimi çiçəklənirlər və son dərəcə mənəviyyatlıdırlar; küçələrdə ov quşları uçuşur və ovçuya özləri tuş gəlirlər; şampan şərabı ifrat dərəcədə çox içilir; kürüyə söz ola bilməz; məhsul bəzi yerlərdə birə-on beş olur… Ümumiyyətlə, torpaq bərəkətlidir. Yalnız ondan istifadə etməyi bacarmaq lazımdır. Sibirdə ondan istifadə etməyi bacarırlar.
Fyodor Dostoyevski "Ölü Evindən Xatirələr" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 1

Şərh Yaz
  1. Elnur Eldarov
    Elnur Eldarov
    Oxucu
    Eladir yukledim

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar