Azərbaycancaaz
Mir.az » Kitablar » Suzanne Collins "Zığ-zığ quşu" PDF

Suzanne Collins "Zığ-zığ quşu" PDF

Suzanne Collins "Zığ-zığ quşu" PDF
  • Reytinq: 7
  • Şərhlər: 0
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

Katnis Everden Kvartal oyunlarından da sağ-salamat xilas oldu. Lakin onu gözləyən vəziyyət gözlədiyindən tamamilə fərqlidir: 12-ci Bölgə yerlə yeksan edilib, Pita Kapitol tərəfindən əsir alınıb. Geyl onun ailəsini vaxtında xilas edə bilib.

Katnis uzun müddətdir ki, inqilabla bağlı planlar qurul­duğunu və özünün də onun bir tərkib hissəsi olduğunu anlayır. İndi o ona biçilən Zığ-zığ quşu rolunun öhdəsindən lazımınca gəlməlidir. Bütün bölgələrin aqi­bəti onun atacağı addımlardan asılıdır. Katnis heç vaxt olmadığı qədər güclü olmaq məcburiyyətindədir.

Kapitolu devirməyə, Panemin gələcəyini müsbətə doğru dəyişməyə və prezident Snoudan intiqam almağa gedən yolda Katnis və yoldaşlarının keçəcəkləri çətin və keşməkeşli yol bir növ növbəti Aclıq oyunlarını xatırladır. Lakin bu dəfə birdən artıq şəxs qalib gələ bilər. Zığ-zığ quşunun başçılığı ilə misli görünməmiş bir gücə çevrilən inqilab nəinki bölgələrdə, hətta Kapitolda şən, firavan həyat sürən insanları da qısa müddətdə öz ağuşuna alacaq.

“Aclıq oyunları” trilogiyasının üçüncü hissəsi olan “Zığ-zığ quşu” Katnisin inqilaba liderlik edəcəyi dövrdən bəhs edir. Bu dəfə o yalnız özünü deyil, bütün Panemi xilas etməlidir. Suzanne Collins trilogiyanın sonuncu hissəsində həyəcan və gərginliyi bir az da artırır.
Suzanne Collins "Zığ-zığ quşu" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar