Azərbaycancaaz
Mir.az » Kitablar » Orhan Pamuk "Qırmızı saçlı qadın" PDF

Orhan Pamuk "Qırmızı saçlı qadın" PDF

Orhan Pamuk "Qırmızı saçlı qadın" PDF
  • Reytinq: 95
  • Şərhlər: 8
Populyarlıq 86% 86%


Diqqət Çəkənlər
İlk məhəbbət bütün bir həyatı təyin edə bilərmi? Yoxsa, tale yolumuza sadəcə tarixin və əfsanələrin gücü yön verir?
Orxan Pamuk “Qırmızı Saçlı Qadın”da bizi otuz il əvvəl İstanbul yaxınlığındakı bir qəsəbədə bir lisey şagirdinin yaşadığı sarsıdıcı eşq hekayəsilə böyük bir insani günahın izincə sürükləyir.
1980-ci illərin ortasında ənənəvi üsulla quyu qazan Mahmud Ustayla köməkçisi “Kiçik bəy” Cem çətin bir ərazidə su axtarır. Qəsəbənin kənarında qurulan sarı teatr çadırında əsrarəngiz bir aktrisa hər gecə qədim nağıl və hekayələri nəql etməkdədir.
Roman bir yandan gənc qəhrəmanın sevgi, qısqanclıq, məsu­liyyət və azadlıq hisslərilə dərindən tanış olmasını nəql edərkən, digər tərəfdən də mədəniyyətlər vasitəsilə atalar və oğullar, “avtoritarlıq” və fərdilik mövzularını araşdırır.
“Qırmızı Saçlı Qadın”da oxucu Qərbin və Şərqin iki təməl əfsanəsi – Sofoklun “Tiran Edip”i (atanı öldürmək) və Firdovsinin “Rüstəm və Söhrab”ıyla (oğulu öldürmək) yenidən rastlaşacaq və özünə sıradan olan həyatının əslində qədim mətnlərdən nə qədər təsirləndiyi sualını verəcək
Orhan Pamuk "Qırmızı saçlı qadın" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 8

Şərh Yaz
  1. - bibliophile -
    - bibliophile -
    İdarəçi
    Adı maraqlı gəldiii.. Xoş təəssürat bağışladı. Oxumaq olar.
  2. Arzu Meherremli_2
    Arzu Meherremli_2
    Şərhçi
    Salam..Orhan Pamukun Qırmızı saçlı qadın romanı yüklənir amma oxumaq olmur nədənsə.
  3. Goher Goher
    Goher Goher
    Qonaq
    Mujde alkanoglu bana esmeyi anlat yuklermisiniz

  4. Bir möminə
    Bir möminə
    Qonaq

    • Nədir sənin üçün ata? 

    - Ana bətninə saldıqdan sonra oğlunu ömrünün sonuna qədər qoruyub sahib çıxan, güclü, şəfqətli kişidir ata. Dünyanın başlanğıcı və mərkəzidir o. Bir atan olduğuna inanırsansa, onu görməsən belə özünü yaxşı hiss edər, onun orada olduğunu, gəlib səni nəvazişlə qoruyacağını bilərsən. Mənim elə bir atam olmayıb ...


    • İllər əvvəl atam bizi tərk edəndən xeyli sonra bəzən onun simasını necə unutduğumu xatırladım. Bu hiss bir anlıq bütün işıqların sönməyinə, yaxud kor olmağa bənzəyirdi... 


    ••••••••

     • Oğlumun çox uğurlu bir iş adamı, hətta çox pulu olmaq əvəzinə dərin insanlığı, həqiqəti axtaran bir cəhəti və xoşbəxtliyi olsun istərdim.  Oğlum həm xoşbəxt bir adam, həm də bir qəhrəman olmalıydı! Onun haqqında çox xəyallar qurdum. İstərdim ki, əsla kiçik şeylərə baş qoşan insan olmasın.



    • Çox utancaq idi, bəlkə bu da cazibəli görünmüşdü. Utanmaz kişilər məni qorxudur. Bizdə onlardan çox var. Utanmazlıq yoluxucu olduğuna görə hərdən sanki bu ölkədə boğuluram. 

    📚Orxan Pamuk, “Qırmızı saçlı qadın”  

  5. Gündüz Baxsaliyev
    Gündüz Baxsaliyev
    Qonaq

    Güzell

  6. Qonaq Ülker
    Qonaq Ülker
    Qonaq

    Pdf yuklemek olmur

    1. Okuryus
      Okuryus
      Cahil

      Sayta google chrome ilə daxil olun, rahat yükləyəcəksiniz

      --------------------
      Önce dinle...

Şərh Yaz