Azərbaycancaaz
Mir.az » Kitablar » Fəxrəddin Qasımoğlu "Son Gecə" PDF

Fəxrəddin Qasımoğlu "Son Gecə" PDF

Fəxrəddin Qasımoğlu "Son Gecə" PDF
  • Reytinq: 813
  • Şərhlər: 20
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

Hörmətli oxucu. Kriminal detektiv janrda ilk romanımı sizlərə təqdim edirəm. Əsər baş qəhrəmanın dilindən, sadə dildə yazılıb. Ara-sıra verdiyim yumor və satira ilə oxucunu darıxmağa qoymamışam.
Süjet xəttini nə qədər maraqlı etməyə çalışmışamsa, romanın maarifləndirici, tərbiyəvi əhəmiyyətinə də bir o qədər yer vermişəm.
Əsasən yeniyetmə və gənc nəslə hesablanmasına baxmayaraq, kitabın bütün yaşda insanlar üçün maraqlı olacağını düşünürəm. Sirr deyil ki, narkomaniya bir bəla olaraq yayılmaqda davam edir. Narkomaniya qədər təhlükəli olan daha bir bəla da var. Bu bəla-bəzi gənclərin, əslində heç mövcud olmayan, kimlərinsə uydurduğu “cinayət aləminin romantikası”na meyl etməsidir. İnsan, psixikasının formalaşması prosesində kənar təsirlərə daha həssas olur. Elə bu yaş dövründə olan yeniyetmələr adətən nəsihəti sevmir, ətraflarında olan, “dost” adlandırdıqlarının sözünü valideyin sözündən üstün tutur, onların təsiri altında istənilən addımı atmağa hazır olur, bunu bir növ özünütəsdiq hesab edirlər. Bir neçə yaş böyük olan həmin “dost”lar isə, onların bu zəifliklərini gözəl bildiklərindən, məharətlə istifadə edərək manipulyasiya edir, nəticədə cəmiyyət üçün gözəl bir fərd, vətəndaş olacaq yeniyetmə özü də fərqinə varmadan cinayət aləminə sürüklənir. Təəssüf ki, bir çox hallarda sonra gec olur. Kitabda mütəmadi olaraq istər narkomaniyanın, istər də ümumilikdə cinayət aləminin sonu qaranlığa aparan bir yol olduğuna misallar gətirirəm. Ancaq heç bir halda bunu təkidlə təlqin etməyə çalışmır, sadəcə bu yolun fəsadlarını açıqlayıram. Məncə təlqinin ən yaxşı üsulu elə budur. İnsana yaxşını və pisi göstərmək, sonra yaxşıya doğru kiçik bir təkan verərək kənara çəkilib öz seçimini etmək fürsəti vermək.
Azərbaycan polisinin fədakar fəaliyyətinin “görünməyən” tərəfləri barədə də oxucuları mümkün olan qədər məlumatlandırmağa, asayişimizin keşiyində duran bu peşə sahiblərinin həyatının gündəlik qayğılarla yaşayan sadə insanların həyatından nə qədər fərqləndiyi haqqında az da olsa, təsəvvür oyatmağa çalışmışam. Kitabdakı maarifləndirici məqamlar gənc nəslin tərbiyəsində azca da olsa rol oynayarsa, bunu böyük uğurum hesab edəcəyəm. Sizin xeyir-dualarınızla kitabın davamını yazmağı planlaşdırıram. Onu da qeyd etməyi borc bilirəm ki, ilk təcrübəm olduğu üçün, peşəkar qələm əhli olan dostlarım, səmimi insanlar, Azərbaycan Milli Konservatoriyasında İctimai elmlər kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Hacı Firudin Qurbansoy və peşəkar jurnalist, “Polis” qəzetinin baş redaktoru, polis mayoru Elşad Hacıyev dəyərli məsləhətləri ilə mənə çox kömək etdilər və nəticədə kitabın indi sizə təqdim olunan son variantı ərsəyə gəldi. Buna görə onlara minnətdaram. Müəllif olaraq, kitabımın hər bir oxucusuna təşəkkür edirəm. Qismət olarsa, növbəti kitabın “Ön söz”ündə görüşərik.
Fəxrəddin Qasımoğlu "Son Gecə" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 20

Şərh Yaz
  1. Fəxrəddin Qurbanov
    Fəxrəddin Qurbanov
    Qonaq
    Salam. "Son gecə"nin muəllifiyəm. 700 nüsxə hamısı satilıb. Oxucu tələbati oldugu üçün kitab təkrar nəşrə gedir. Paralel olaraq kitabın davamı da çap olunacaq. Xoş mütaliələr.
    1. Admin
      Admin
      Bilgin
      ??????
      --------------------
      İnstagram
  2. Gülayə Hacıyeva
    Gülayə Hacıyeva
    Qonaq
    Çox maraqlı bir kitabdır.Adam əlindən yerə qoya bilmir.Kitab sevənlərə oxumağı məsləhət bilirəm.Kitabını davamında səbirsizliklə gözləyirəm.

  3. Нара Касумова
    Нара Касумова
    Qonaq
    Отличная книга. Просто суперррр
  4. Нара Касумова
    Нара Касумова
    Qonaq
    Отличная книга.
  5. Sedaqet Quliyeva
    Sedaqet Quliyeva
    Qonaq
    Çox béyendim
  6. Sahnaz Yusifova
    Sahnaz Yusifova
    Qonaq
    Davamì ne vaxt olacaq?
  7. Sahnaz Yusifova
    Sahnaz Yusifova
    Qonaq
    Çox beyendim.
  8. Nəbi Əsədov
    Nəbi Əsədov
    Oxucu
    Oxuduğumuz zaman itirilən vaxda dəyər .
    1. Fəxrədfun Qasımoglu
      Fəxrədfun Qasımoglu
      Qonaq
      Təsəkkür, Nəbi müəllim. İnşallah dekabrda 2-ci hissə nəşr olunacaq. Çox sag olun.

  9. Fəxrəddin Qurbanov
    Fəxrəddin Qurbanov
    Qonaq
    Salam. Kitabın davamı artıq satışdadır. İstəyən Təhsil Poliqrafiya nəşriyyatı ilə əlaqə saxlaya bilər.
  10. Zamin Muslumov
    Zamin Muslumov
    Premium
    Salam fəxrəddin müəllim. Kitabın davamının elektron formada paylaşılmağı nəzərdə tutulurmu?
  11. Fəxrəddin Qurbanov
    Fəxrəddin Qurbanov
    Qonaq
    Salam, Zamin müəllim. Davamini Kitabyurdu.org elektron kitabxanasina göndərmişəm. Yəqin yaxin zamanda yoxlayıb yerləsdirərlər.
    1. Loreyn
      Loreyn
      Redaktor
      [email protected] adresinə göndərin, yayımlayaq.
  12. Fəxrəddin Qurbanov
    Fəxrəddin Qurbanov
    Qonaq
    Yaxşı. Amma hələ növbədə Youtube kanalımdı. Sonra sizə göndərərəm. Bir az vaxt aparan işdi.

  13. Fəxrəddin Qurbanov
    Fəxrəddin Qurbanov
    Qonaq
    Salam. "Son gecə" romanımin davamı "On ikiyə işləmiş" romanı artıq Mir.az-da ixtiyarinizdadi. Xos mutaliələr. Rəy bildirsəz maraqlı olardı müəllif kimi mənə. Təşəkkürlər.
  14. Rehimova Medine
    Rehimova Medine
    Şərhçi

    Çox bəyəndim.

  15. Fəxrəddin Qurbanov
    Fəxrəddin Qurbanov
    Qonaq

    Təşəkkür, İlahə xanım. Bəyənmisizsə, davamını da oxuyun burada. 'On ikiyə işləmiş' romanını. O daha başsındırıcı romandı. 

  16. Temrlan Memmedzade
    Temrlan Memmedzade
    Oxucu

    Niye oxumaq olmur

  17. Fəxrəddin Qurbanov
    Fəxrəddin Qurbanov
    Qonaq
    1. Salam. Ola bilər texniki problem.olub müvəqqəti. Əgər alınmırsa kitabyurdu.org- da var. Orada oxuya bilərsiz.

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar