Azərbaycancaaz
Mir.az » Kitablar » Anne Frank "Bir Gənc Qızın Gündəliyi - Anne Frank'ın Xatirə Dəftəri" PDF

Anne Frank "Bir Gənc Qızın Gündəliyi - Anne Frank'ın Xatirə Dəftəri" PDF

Anne Frank "Bir Gənc Qızın Gündəliyi - Anne Frank'ın Xatirə Dəftəri" PDF
  • Reytinq: 46
  • Şərhlər: 4
Populyarlıq 78% 78%


Diqqət Çəkənlər

Bu 13 yaşlı yəhudi qızının – Anna Frankın yazdığı gün­dəlikdir. Almaniyada doğulan Anna ailəsi ilə birgə alman faşistlərindən xilas olmaq məcburiyyətilə Niderlanda köçür. Bir neçə ailənin qal­dığı sığınacaqda yaşadığı vahimə, qorxu dolu günlər onu gündəlik yaz­mağa sövq edir. Öz ad günündən, yəni 12 iyun 1942-ci ildən etibarən 1 avqust 1944-cü ilədək gündəlik yazır. O, əvvəlcə buna əyləncə kimi yanaşır və başına gələnləri gündəlikdə özündən uydurduğu Kitti adlı rəfiqəsi ilə gündəlikdə bölüşür. Lakin Niderlandın təhsil nazirinin radio ilə əhaliyə müraciətini dinlədikdən sonra bu işlə daha ciddi məşğul olur. Nazir insanları alman faşistlərinin işğalı ilə bağlı istənilən sənədi qoruyub saxlamağa çağırırdı.

Anna Frankın həyat tarixçəsi – gizlənməyə məcbur olan, sonrasa doğ­malarıyla birgə həbs düşərgəsinə düşüb, məhz yəhudi olduğuna görə orada məhv olan yəhudi qızının taleyidir. Diqqəti cəlb edən cəhətlərdən biri budur ki, Anna Frank özünün və yaxınlarının gələcəyi ilə bağlı daim qorxularla dolu olsa da, gündəliyi üçün narahat olmur, sanki onun bir möcüzə nəticəsində salamat qalacağını qabaqcadan bilir: ailəsinin həbsindən sonra sədaqətli dostlar son anda döşəmədə tökülüb qalmış kağızları xilas edirlər, bəlkə doğrudan da, tarix üçün lazım olan əlyazmalar yanmır?

Gündəlik kitab şəklində ilk dəfə 1947-ci ildə Niderlandda işıq üzü görür. 1952-ci ildə Amerika və İngiltərədə nəşr olunur. Hazırda gündəliyi dünyanın 70-dən çox ölkəsi öz dilində çap edib.
Anne Frank "Bir Gənc Qızın Gündəliyi - Anne Frank'ın Xatirə Dəftəri" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 4

Şərh Yaz
  1. - bibliophile -
    - bibliophile -
    İdarəçi
    Əsər, tarixçəsi çox keçmişə dayanan, film,kitab çıxardılan, yazarın öz həyatından bəhs etdiyi gerçək hekayədir. Sayta məlumat yığarkən, öyrəndiklərimdən anladığım qədəri ilə, oxumasam belə güclü və möhtəşəm mövzusu var. Oxumaq istəyirsinizsə, fikirləşmədən oxuyun məncə. Kitabın verdiyi xoş auradan kitabı sayta yükləməyə tələsdim. :D
  2. Babayeva Cənnət
    Babayeva Cənnət
    Qonaq
    Maraqlıdır
  3. Babayeva Cənnət
    Babayeva Cənnət
    Qonaq
    Maraqlı bir kitabdır.Oxumağa dəyər mütləq oxuyun.Qaçırmayın .Mən bu kitabı çox sevdim Mütləq oxuyun...

  4. Fuad Məmmədli
    Fuad Məmmədli
    Şərhçi

    Muharibe - boyuk oyuncularin bahali oyuncaqlari ucun oynanilan amansiz bir oyundur...!!! Acisini sade millet ceker...

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar