Azərbaycancaaz
Mir.az » Kitablar » Paul Auster "New York Üçləməsi - Cam Şəhər | Ruhlar | Qıfıllı Otaq" PDF

Paul Auster "New York Üçləməsi - Cam Şəhər | Ruhlar | Qıfıllı Otaq" PDF

Paul Auster "New York Üçləməsi - Cam Şəhər | Ruhlar | Qıfıllı Otaq" PDF
  • Reytinq: 4
  • Şərhlər: 0
Populyarlıq 75% 75%


Diqqət Çəkənlər

"Cam Şəhər, Ruhlar, Qıfıllı Otaq.."

"Sanki Fanshawe son yazdıqlarının mənim bütün gözləntilərimi altüst edəcəyini bilirdi. Bunlar peşmanlıq hissi yaşayan bir adamın sözləri deyildi. Sualımı sualla cavablamışdı, buna görə hər şey çox sual altında qalmışdı, qutarmamışdı yenidən başlayacaqdı.

İlk sözdən sonra yolumu çaşdım, o dəqiqədən sonra ancaq əl itiliyi ilə irəlləyə bildim, qaranlıqda büdrədim, mənim üçün yazılmış bir kitab məni kor etmişdi."


Çağdaş Amerikan ədəbiyyatının ən özünə məxsus tərzi olan yazarlardan Paul Auster'ın "New York Üçləməsi" yazarın pərəstişkarlarının mütləq oxuması vacib gələn üç əsas kitabı birləşdirir : Cam Şəhər, Ruhlar, Qıfıllı Otaq..

Dedektiv romanla posmodern qurmacanın bir qarışığı olan və kafkaesk bir üslub da toxunan üçlük də yazar, oxuru qıfıllı otaqlarda keçmişdə və gələcəkdə tələli küçələrdə, cüt və qaranlıq şəxsiyyətlər ilə əhatə etdiyi qəhramanlarının arxasın da gəzdirərkən, romanın hər səyfəsinə dağıtdığı ipuclarına məna verməyi oxuyucuya buraxır.

Qəhramanlarını, mücərrəd yaxud da konkret qıfıllı otaqlara salaraq, azadlıqlarını ancaq oradan qaçaraq əldə edəbiləcəkləri bir dünya qurur.

Salındıqları qəfəsin hədlərinin hara getdiyini ancaq xilas olduqları zaman başa düşən qəhrəmanlarına - və oxuyucusuna - üstlərində ki, təzyiqdən xilas olma qapılarını açacaq açarı da təqdim edir.

"New York Üçləməsi".. passiv oxur üçün sadəcə qıfıllı bir otaq yaxud da güzgülər ilə dolu bir koridor..

Həqiqi oxur isə bu mətnin, dünyanı başqa bir bucaqdan göstərərək ruhlarımızın cizgilərini əks etdirən bir hovuz olduğunu görəcəkdir.
Paul Auster "New York Üçləməsi - Cam Şəhər | Ruhlar | Qıfıllı Otaq" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar