Mir.az » Kitablar » Gi De Mopassan "Əziz Dost" PDF

Gi De Mopassan "Əziz Dost" PDF

Gi De Mopassan "Əziz Dost" PDF
  • Reytinq: 6
  • Şərhlər: 2
Populyarlıq 67% 67%

Diqqət Çəkənlər

Hər şey elə buradan başladı. Məlum oldu ki, Forestyenin sarışın və gözəl həyat yoldaşı var, və onun rəfiqəsi de Marsel öz qızı ilə birlikdə burdadı. Masa arxasına deputat və “fransız həyatı” jurnalının redaktoru Valter də təşrif buyurur.
Dyura isə çəngəl, bıçaq və 4 qədəhlə necə rəftar etmək lazım olduğunu bilmir. Və budur söhbət Əlcəzairdəki xidmətdən düşdü və Dyura söhbətə qoşulur. Ona dayanmadan suallar verilir, o diqqət mərkəzindədi. Forestye isə Valterdən Jorju jurnalist kimi işə götürməyi xahiş edir. Hələlik, Jorja Əlcəzair haqqda 2-3 oçerk yazmaq tapşırılır. Nahar zamanı Jorj de Marselin balaca qızının ürəyini fəth edir, o onu yellədir və arada bir yanağından öpürdü. De Marsel heyrət içindədi və bildirir ki, Jorj əvəzolunmazdı...


Restoranın kassirindən beş frankın qalığını alan Jorj Dürua çıxışa sarı yönəldi.Onsuz da boy-buxunlu olan və üstəlik, zabitlikdən qalma adəti üzrə qəddini şax tutan buyaraşıqlı kişi cavanlara məxsus bir əda ilə bığlarını burdu, bu məkana hələ indi-indi baş çəkənmüştəriləri şahinin, adətən, öz şikarına yönəltdiyi iti baxışlarla süzdü.Bu ucuz yeməkxananın daimi müştəriləri sayılan qadınlar baxışlarını qaldırıb ona baxdılar:onların arasında üç gənc işçi qadından başqa, bir ortayaşlı, saçları pırtlaşıq, pinti geyimli, şlyapasınıtoz basmış musiqi müəlliməsi və ərləriylə bərabər oturan şəhərli əsnaf təbəqəsindən iki xanım vardı.Səkidə bir dəqiqəliyinə ayaq saxlayıb, hara gedəcəyini götür-qoy elədi. Bu gün iyunun iyirmisəkkizi idi. Ayın birinə qədər cibində vur-tut üç frank qırx santimi qalırdı. Bu isə qəlyanaltısız ikinahar və ya naharsız iki qəlyanaltı demək idi, – buyur, indi özün seç. Qəlyanatlı bir frank onsantimə, nahar isə yarım frankadır. Əgər naharlardan imtina eləsə, onda bir frank iyirmi santimqabağa düşəcək. Fikirləşdi ki, bu hesabla iki kərə kolbasa-çörəklə şam edib, bulvarda iki parç pivəiçə bilər. Axı o, onunçün ən böyük və gerçək həzz olan axşam pivəsindən heç cür vaz keçəbilməzdi. Notr-Dam-de-Loret küçəsinə üz tutdu..
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.
Sayta dəstək olmaq üçün kitablar haqqında şərh yaza və Telegram kanalımıza qoşula bilərsiniz. Telegram kanalımızda maraqlı paylaşımlar olur. Təşəkkürlər.
15



Şərhlər 2

Şərh Yaz
  1. Qonaq Gümüş
    Qonaq Gümüş
    Qonaq
    Bu sayıt niyə işləmir qeydiyyatdan keçmişəm sayta yenidən daxil olub, kitab yükləmək istəyirəm məndən yenidən qeydiyyat tələb edir niyə qeydiyyatımı təsdiqə almırsınız səbəb?
    1. Admin
      Admin
      Bilgin
      Instagram səhifəmizə yazın, kömək edək.
      --------------------
      Həyat ya cəsur bir macəradır, ya da heçnə

Şərh Yaz

  • İnsanlar və gülən emojilər
    Heyvan və təbiət emojiləri
    Yemək və içki emojiləri
    Tədbir emojiləri
    Səyahət et və emojiləri yerləşdir
    Obyekt emojiləri
    Simvol emojilər
    Bayraq emojiləri