Aldous Haksli "Meymun və Mahiyyət" PDF
- Müəllif:
-
Dil:
- Janr: Elmi-Fantastika | Fəlsəfə | Düşüncə
- Baxılıb: 367
- Yükləndi:
- Yükləyən:
Elmi-fantastika Klassikləri – 66
"Və buna tərəqqi dedilər. Tərəqqi! Deyirəm sənə, insan beyninin kəşflərinin çox azı tərəqqi idi."
"Fikirlərin romançısı" Aldous Haksli 20-ci əsrin ən önəmli distopiya yazıçılarından biridir. "Cəsur Yeni Dünya" və "Ada" ilə birlikdə yazıçının üç vizioner klassikindən biri sayılan "Meymun və Mahiyyət" isə bunların içində ən qaranlıq olanıdır. Ssenari formasından istifadə edilən bu kitab, yazıçının qurğu ilə yanaşı formada da yaradıcılığını göstərdiyi eksperimental bir romandır.
Hollivudda adi bir gün. Qəhrəmanlarımız kənara atılmış ssenarilərdan birinin cazibəsinə qapılır və biz də özümüzü bu ssenarini oxuyarkən tapırıq. "Meymun və Mahiyyət" başlıqlı bu qəribə mətndə anladılanlara görə, Üçüncü Dünya Müharibəsi demək olar ki, bütün dünyanı məhv etmiş, nüvə və kimyəvi silahlar sivilizasiyanın sonunu gətirmişdir.
Dağıntıdan təsirlənməyən bir qrup elm adamı Kaliforniyaya tədqiqat səfəri təşkil edir. Bu şəxslərdən biri olan Dr. Pul o bölgədə yaşayanlar tərəfindən əsir alınır. Bu insanlar Şeytanı ucaldan yeni bir inanc sistemi qurmuşlar. Dr. Pul Şeytanın və pisliyin necə bir hakimiyyət qurduğunu öyrəndikdən sonra artıq oradan uzaqlaşması lazım olduğunu anlayır.
Sivilizasiyanın texnoloji irəliləyişi hara varacaq? Müharibələr və nüvə silahlanması dünyanı hara aparacaq? İnsan kimə və ya nəyə doğru təkamül edəcək?
"Meymun və Mahiyyət" Şeytanın buynuzları tərəfindən cızılan din, etika və təkamül üçbucağıdır.
"Bu kitabın qaçılmaz bir gücü var; xalis və ələ-avuca sığmaz kəskinliyinin oxucuları təsirləndirməməsi mümkün deyil." –Time
Şərhlər 0
Şərh Yaz