Azərbaycancaaz
Mir.az » Kitablar » Elena Armas "İspan Sevgi Hiyləsi" PDF

Elena Armas "İspan Sevgi Hiyləsi" PDF

Elena Armas "İspan Sevgi Hiyləsi" PDF
  • Reytinq: 93
  • Şərhlər: 1
Populyarlıq 60% 60%


Diqqət Çəkənlər

Bir toy. ABŞ'dan İspaniyaya uzanan bir səyahət. Və sizə bu məclisdə yoldaşlıq etməsi gərəkən bir cənab.

Catalinanın bacısı evlənir, onun isə eşq həyatı tam tərsinə olduqca uğursuz gəlib, münasibəti sonlanıb. Ailəsinə, dostlarına uydurduğu yeni bir münasibətə başladığı yalanı bir yandan, bəyin qardaşının onun artıq nişanlanmış köhnə sevgilisi olması bir yandan. Lina bu toya mütləq bir "sevgili" ilə gəlməlidir !

3 günlük bir yalan oyunu və saxta sevgililik. Kim sizinlə okeanın o tayındakı bir toya gedib qohum-əqrəbanızı sevgili olduğunuza inandırmağa çalışar axı ? Lina bu çılğınlığı qəbul edəcək insanı tapmaq və gedəcəyi məclisdə insanların acıyan baxışlardan qurtulmaq üçün hər şeyə razı gələrdi.

İş yoldaşı Aaron Blackford ailəsinin standartlarına uyğun gələcək, hər kəsi heyran qoya biləcək, üstəlik ona bu yardımı təklif edən birisidir. Hər şeyi ideal saymaq olar... Aaronun həddindən artıq eqoist, hamıya yuxarıdan aşağı baxan və ən önəmlisi, illərdir, Lina ilə ulduzunun barışmadığı bir insan olmasını nəzərə almasaq.

"The Spanish Love Deception" yazar Elena Armasın debüt romanıdır. Nəşr edildiyi il bütün əsas kitab satış listlərinin lideri olmuş, "İlk Roman" nominasiyası üzrə Goodreads oxucu mükafatına layiq görülmüşdür. (Növbəti il - 2022-də "The American Roommate Experiment" adlı ikinci romanı işıq üzü görmüşdür.) İlk belə təcrübəsi olmasına baxmaraq, yazar öz qələmini oxucuya sevdirməyi bacarmışdı.

Həmçinin, şablon adlandıra biləcəyimiz bir təmələ sahib kitab, gedişatı ilə, hekayəsi ilə özünü oxutdurmağı, bolca güldürüb bir qədər təsirləndirməyə nail oldu. İndi isə oxuyub dəyərləndirmə növbəsi sizindir.
Elena Armas "İspan Sevgi Hiyləsi" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 1

Şərh Yaz
  1. Ozge Cangir Yildirimh
    Ozge Cangir Yildirimh
    Oxucu

    Kitabı indiremiyorum. Sayfayı yenilediginde  limit doldu çıkıyor. 

    Nasıl dolmuş oluyor ki limit?

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar