Azərbaycancaaz
Mir.az » Kitablar » R. F. Kuang "Xaşxaş Müharibəsi trilogiyası 1" PDF

R. F. Kuang "Xaşxaş Müharibəsi trilogiyası 1" PDF

R. F. Kuang "Xaşxaş Müharibəsi trilogiyası 1" PDF
  • Reytinq: 76
  • Şərhlər: 0
Populyarlıq 63% 63%


Diqqət Çəkənlər

Rebecca Kuang gənc olmasına baxmayaraq, ilk fantastik seriyası ilə ciddi beynəlxalq uğur qazana bilmiş çinli-amerikalı qadın yazıçıdır. Əsl peşəsi tarix üzrə olan yazar, "The Poppy War" trilogiyasında öz maraq və bilgisini ortaya qoyur, Çin və Dünya tarixindəki bir çox qanlı müharibəyə istinadən nəfis bir tarixi dram | fantastik hekayə yaradır.

Əsərin baş qəhrəmanı istəmədiyi bir evlilikdən qaçmaq üçün hərbi məktəbə yazılan Rindir. Təhsili davam edərkən bütün ölkədə müharibə başlayır və hər şey bir anda xaosa çevrilir. Hər kəsin öz yolunu seçdiyi bu günlərdə Rin daha məxsusi güclərini kəşf edəcək.

Hekayənin bir bölümündə bir obrazın dilindən oxuduğumuz "Ne fark eder ? Onlar geliyor, biz bir yere gitmiyoruz ve günün sonunda hayatta kalan kazanacak. Savaş kimin haklı olduğunu belirlemez. Savaş hayatta kalanı belirler." fikri sadəcə müharibə reallıqlarını deyil, qəhrəmanlarımızın əsər boyu seçimlərinin səbəblərini də göstərir.

• Məhəbbət və savaşda hər yol məqbuldurmu ? Əgər o savaşın içindəsinizsə, bəli. Həyatda qalmaq və güclənmək üçün hər yola baş vurulacaq, gücləndikcə fərqində olmadan dəyişəcəksiniz. Bu kitabın baş obrazları həm qəhrəman, həm də anti-qəhrəmandır. Kimə, nə dərəcədə haqq qazandıracağınız, kimi dəstəkləyəcəyiniz öz seçiminizdir.

Vacib qeyd : Seriya axıcı dili və maraqoyadan hekayəsi isə ilə sizi özünə çəkəcək. Ancaq Kuangın müharibəni bütün çılpaqlığı ilə təsvir etdiyini, həssas oxucular üçün kifayət qədər narahatedici qan, şiddət səhnələri olduğunu mütləq nəzərə alın.

R. F. Kuang "Xaşxaş Müharibəsi trilogiyası 1" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz