Azərbaycancaaz
Mir.az » Kitablar » Giulia Enders "Füsunkar Bağırsaq" PDF

Giulia Enders "Füsunkar Bağırsaq" PDF

Giulia Enders "Füsunkar Bağırsaq" PDF
  • Reytinq: 21
  • Şərhlər: 1
Populyarlıq 76% 76%


Diqqət Çəkənlər
İnsan bədəni haqqında ən klassik sual : Beyin daha vacibdir, yoxsa ürək ?
Daha kamil olanlar bəzən bu sualı bir az daha genişləndirib ağciyəri də əlavə edir.

Lakin insan anatomiyası, ümumiyyətlə, canlı orqanizmlərin anatomiyası, fiziologiyası bu qədər bəsit deyil. Bir əsas orqan və ikinci dərəcəli, "olmasa da olar"lardan ibarət deyil. Bütün orqanlar həyati əhəmiyyət daşıyır.

"Həyati əhəmiyyət" dedikdə ağlımıza əsla ilk olaraq gəlməyəcək "underrated" orqan : Bağırsaqlar !

Qəbul etdiyimiz bütün qidaların bir qisminin sorulub digər qisminin bədəndən atılmasının əsas iştirakçısı. Minlərlə bakteriyadan ibarət zəngin mikroflora. 100-ə qədər hormonun bu və ya digər miqdarda sintezi. İmmun sistem hüceyrələrinin 70%dən çoxunu daşıyaraq bu sistemin aparıcı üzvü.

Bu orqan üçün statistikalar həqiqətən möhtəşəmdir. Ancaq heç məlumatı olmayanlarınızı daha çox təəccübləndirəcək bir fakt : Bağırsaq müasir düşüncədə bir çoxlarına görə "ikinci beyin"dir ! Bəli, məhz ikinci beyin.

Özünəməxsus bir alt sinir sisteminə sahib olduğu üçün Mərkəzi Sinir Sistemindən müəyyən dərəcədə asılı olmadan da çalışa bilən Bağırsaqlar, həm də psixoloji vəziyyətinizlə birbaşa əlaqəlidir : Sizin hazırki psixoloji durumunuz həzm sisteminizə və əksinə, həzm sisteminizin, bağırsaqlarınızın vəziyyəti psixologiyanıza aydın müsbət / mənfi təsir göstərmək gücünə sahibdir.

Haqqında yetəri qədər danışılmayan bu orqanı və ümumiyyətlə həzm sisteminizi daha yaxından tanımaq istəyərsiniz ? Tabulaşdığı üçün yetəri qədər danışılmayan, öyrədilməyən ifraz prossesi və bu prossesə müsbət /mənfi təsir göstərən nüanslar. Bağırsağın sinir və immun sistemdəki rolu. Bütün bunlar və çox daha artığı, Giulia Endersin olduqca axıcı, sadə, yadda qalan üsluba sahib və həm dili, həm də illüstrasiyaları ilə əyləndirən kitabında !
Giulia Enders "Füsunkar Bağırsaq" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 1

Şərh Yaz
  1. Zuleykha Mamedova
    Zuleykha Mamedova
    Qonaq
    Çoxdandır axtardığım kitab ?

Şərh Yaz