Azərbaycancaaz
Mir.az » Kitablar » David Turaşvili "Cins Dövrünün Uşaqları" PDF

David Turaşvili "Cins Dövrünün Uşaqları" PDF

David Turaşvili "Cins Dövrünün Uşaqları" PDF
  • Reytinq: 4
  • Şərhlər: 0
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

"İnsan həmişə və hər yerdə öz seçimini etməlidir, onun dindar ya da dünyəvi olması mühüm deyil. Xeyirlə şər, İşıqla zülmət, köləliklə azadlıq arasında mütləq öz seçimini etməlidir..."

"Cins Dövrü"nün uşaqlarıdır. İyirmi yaşlarında, həyat eşqi, azadlıq alovu ilə alışıb yanan, idealist, anti-sovetçi, anti-konformist gənclər. Onların dövrü bütün dünyanın, ən böyük markaların mükəmməl keyfiyyət və dizaynda cins parçadan paltarlar tikib satışa buraxdığı, ancaq SSRİ-nin bu işi alındıra bilmədiyi dövrdür. Digər hər şey kimi...

"Cinsdən daha yaxşı və zərərsiz nə ola bilər ? Amma Sovet İttifaqında cins tikməyi həqiqətən öyrənə bilmədilər, buna görə də ən pis çıxış yolu tapdılar - cinsi sadəcə qadağan elədilər."

Gega. Tina. Soso. Dato. Paata. Giya. Və onlar kimi daha onlarla, yüzlərlə gürcü gənci vəziyyəti başa düşür. Gözəl başa düşür. Sistemdəki çatlaqları, əsas hökumətə yaltaqlanmaqdan başqa heç bir işə yaramayan gürcü hökumətini, xəyanətləri, alçaqlıqları, gənclik arzularını, məhəbbəti və inancları məhv edən bu dövranı görürlər. Ancaq mübarizə aparacaq gücləri əlbəttə ki, yoxdur. Daha tezdir. Çox tezdir.

"Böyükləri aldatmaq uşaqları aldatmaqdan həmişə asandır, buna görə də atalar aldandıqda, uşaqlar Şevardnadzenin qorxunc insan olduğunu anlamağa başladılar..."
"...məqsəd də bu idi - gözlənilən qanlı hökmə görə hökumət yox, xalqın özü məsuliyyət daşımalıydı."

"Cinsebis taoba" (ჯინსების თაობა) məşhur gürcü yazıçı Dato Turaşvilinin ən önəmli əsərlərindəndir. Real hadisələr əsasında qələmə alınmış əsər ilk öncə teatr tamaşası kimi nəzərdə tutulmuş, maraq böyük olduqda 2008-ci ildə "kino-roman" olaraq çap edilmişdir. Kitab yayımlandığı dövrdə gündəmə çevrilmiş, bir çox fərqli dillərə tərcümə olunmuşdur.

"- Axı bu yalandır.
- Ölülər bilməyəcək."

Xoş oxumalar !
David Turaşvili "Cins Dövrünün Uşaqları" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar