Azərbaycancaaz
Mir.az » Kitablar » Victor Hugo "Səfillər" PDF

Victor Hugo "Səfillər" PDF

Victor Hugo "Səfillər" PDF
  • Reytinq: 188
  • Şərhlər: 19
Populyarlıq 87% 87%


Diqqət Çəkənlər

Romanın əsas obrazı olan Jan Valjan bacısının övladı acından ölməsin deyə oğurluq edib həbs olunan gəncdir. 5 il cəza alan Jan bir neçə dəfə həbsxanadan qaçmağa cəhd etdiyinə görə cəzasını 19 il çəkməli olmuşdu...
Həbsxanadan çıxıb azadlığa qovuşan Valjan artıq çox fərqli bir insandı. Yenidən həyata tutunmağa çalışsa da, keçmiş məhkum olduğundan cəmiyyət tərəfindən qəbul olunmur. Nə qarnını doydura biləcək çörək, nə də soyuq günlərdə qala biləcək yer tapır.
Daha sonra bir yepiskopla qarşılaşan Valjan bir qədər ümidlənir. Yepiskop ona qalmağa yer və yemək verir. Fəqət həbsxanada yaşadıqları və azadlığa çıxandan sonra cəmiyyətin rəftarı onun bütün hiss və duyğularını itirməsinə səbəb olur. Valjan yepiskopun sahib olduğu bütün gümüş və qiymətli əşyaları oğurlayıb qaçır. Lakin bu qədər yüklə yaxalanması uzun sürmür. Qiymətli əşyaları ilə birlikdə yepiskopun hüzuruna gətirilən Jan gözləmədiyi hadisə ilə qarşılaşır. Yepiskop bu əşyaların hədiyyə olduğunu və oğurlanmadığını deyir və Valjanın sərbəst qalmasına yardım edir. Daha sonra yepiskop ona daha iki gümüş şamdan verir və bir tək şey: bütün bu gümüşləri yaxşı insan olmaq yolunda xərcləməyi istəyir. Bu hadisə Jan Valjanın yox olan duyğularını yenidən geri qaytarır.
İllər sonra Jan Valjan saxta kimlik sənədi ilə iş həyatına başlayır və uğur qazanır. O artıq zəngindir və qəsəbənin ən sevilən insanlarından biridi. Amma keçmişi onu daim təqib edir. Onun əslində kim olduğundan sadəcə bir polis məmuru Javer şüphələnsə də, əlindən heç bir şey gəlmir. Daha sonra Jan Valjanın həyatına ciddi təsir edə biləcək bir qadın girəcək...
Fantina Valjanın fabrikində çalışan və kiçik qızı olan kasıb bir qadındı. Zamanının əxlaq anlayışı atası bəlli olmayan uşaq anasına bir o qədər də müsbət baxmadığından işini itirən bu qadın qızı üçün hər cür fədakarlığa hazırdı. Günlərin birində həbs olunma təhlükəsi ilə qarşılaşan Fantinanı Jan Valjan xilas edir və onu xəstəxanaya yatırır. Lakin Fantina yaşadığı əzablara dözməyərək ölür. Jan Valjandan qızına sahib çıxmasını istəyir. Jan da öz növbəsində ona söz verir.
Jan Valjanın həyatı yenidən dəyişimə məruz qalır. Özünə oxşayan və Jan Valjan iddiası ilə günahsız biri həbs olunur. Öz yerinə başqasının tutulmasını vicdanına sığdırmayan Valjan əslində kim olduğunu açıqlamaq qərarına gəlir. Amma Fantinaya verdiyi söz onu bu addımı atmasına mane olur. Onun qızı Kozettanı himayəsinə götürür və yeni həyata başlayır.
İllər keçir Kozetta artıq böyümüş və gözəl bir qız olmuşdu. Jan Valjan saxta kimlikli həyatına davam etsə də polis müfəttişi Javer onun izini buraxmır. Bu sırada Kozetta Marius adlı bir gəncə aşiq olur. Amma Javer Valjanın, əslində, kim olduğunu tapır və gənc sevgililər ayrılmaq məcburiyyətində qalırlar. Hadisələrin gedişatı bu cür davam edən anda qiyam baş verir. Kozettanın sevgilisi və polis məmuru Javer qiyamçılar sırasında olurlar. Onlara edam cəzası verilir. Bu sırada Jan Valjan yenidən ortaya çıxır və edam etmə vəzifəsi ona verilir. Lakin Jan polis məmurunun qaçması üçün şərait yaradır. Bu sırada qarşıdurmalar yenidən başlayır və Marius ağır yaralanır. Onun həyatını xilas edən Jan Valjan Mariusu xəstəxanaya aparır.
Daha sonra Marius sağalır və Kozetta ilə evlənir. Jan Valjan da bir müddət sonra həyatdan köçür. Bir zamanlar yepiskopun ona verdiyi iki gümüş şamdanı heç vaxt yanından ayırmır və sonda da məzarının başına qoyulur.

Test:


Bu kitabı oxumusunuzsa kitab haqqındakı testdə özünüzü sınayın.
Testə Başla
Victor Hugo "Səfillər" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 19

Şərh Yaz
  1. Farid Shbtov
    Farid Shbtov
    Oxucu
    yukləmək olmur nədənsə
  2. Nadir
    Nadir
    Qonaq
    Yüklədim, təşəkkür.
  3. Qonaq Fidan
    Qonaq Fidan
    Qonaq
    Maraqlidir

  4. Aynur Hesenova
    Aynur Hesenova
    Oxucu
    Yukledim tesekkur
  5. Vüsal Hüseynzadə
    Vüsal Hüseynzadə
    Qonaq
    Əla. Təşəkkür edirəm.
  6. Alijenab
    Alijenab
    Qonaq
    Təşəkkür edirəm yüklədim və çox əladır
  7. FForbionVPN
    FForbionVPN
    Qonaq
    Süper Kitabdır Mənim Fikrimcə Hələdə Oxumayanlar Varsa Oxusunlar
  8. Qonaq Esed
    Qonaq Esed
    Qonaq
    En çox.axdardıǧım kitap
  9. Akif Mirsiyaboglu
    Akif Mirsiyaboglu
    Qonaq
    Tewekkur edirem , axtarilan kitablarin ekseriyyeti burda var .
  10. Qonaq Amil
    Qonaq Amil
    Qonaq
    Yukledim tsk superrrr söz ola bilmez ələrinizə salig

  11. Emine K
    Emine K
    Oxucu
    Çok teşekkürlerr
  12. Qonaq Təranə
    Qonaq Təranə
    Qonaq
    yukləmək olmur. Kömək edə bilərsiz?
    1. Nermin Esedova
      Nermin Esedova
      Oxucu

      Mir.az googldan yüklüyün bəzi telefonar play.storedən açmır mənimkidə açmırdı googldan yüklədim açdı.

  13. Qonaq ...
    Qonaq ...
    Qonaq
    Aaaaaaaa
  14. dly
    dly
    Şərhçi

    Zülfü livaneli “Arkadaşıma Veda” kitabını  yükler misiniz?


  15. Namiq Qurbanzade
    Namiq Qurbanzade
    Şərhçi

     Səfillər mənim ilk oxuduğum iri həcimli romanlardan biri olub. Mən bu günə kimi yüzdən çox kitab oxumuşam amma heç biri səfillərin yerini verməyib. Bir sözlə mükəmməl əsərdir. İlk başda Əsərin iri həcimli olması göz qorxudur amma o qədər maraqlıdır ki, əsər su kimi axıb gedir.Hər kəsə oxumağı məsləhət görürəm. Məncə belə bir gözəl əsəri oxumamaq günah olar.🙂

  16. Resul Kerimov_4
    Resul Kerimov_4
    Oxucu

    Az dili yoxdu?

  17. Nermin Esedova
    Nermin Esedova
    Oxucu

    Çox sağolun

  18. emre ozman
    emre ozman
    Oxucu

    roman türkçe değil Azerbaycan dilinde yazılmış Türkçe ye nasıl çevriliyor

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar