Toshikazu Kawaguchi "Qəhvə soyumadan əvvəl" PDF
- Müəllif:
-
Dil:
- Janr: Roman
- Baxılıb: 9 821
- Yükləndi:
- Yükləyən:
• Zamanda səyahət etmək şansınız olsaydı, ilk kimi ziyarət edərdiniz ?
Səs-küylü Tokyo şəhərinin ara küçələrindən birində yüzillik bir kafe var. Kənardan seçilməyən, ancaq ən diqqətli insanların fərqinə vara biləcəyi kiçicik kafe. İlk görünüşdə onun sizdə oyadacağı təəssürat bəllidir : Adi, sadə. Standart. Bəlkə bir az darıxdırıcı.
• Ancaq bu kafenin qeyri-adi bir xidmət təklifi var : Zamanda səyahət ! Masalardan birinə oturursunuz, bir dəfə daha görmək istədiyiniz insanı xəyal edirsiniz və (onun ömrü boyu bircə dəfə də olsa, bu kafeyə gəlmiş olması şərti ilə) xəyalı sizin qarşınızdakı stulda oturmuş olur. Budur, masadakı qəhvəniz soyuyana qədər onunla vaxt keçirmə şansınız var.
O insanın taleyini dəyişdirə bilməzsiniz. Keçmişi geri qaytarmağınız, ya da gələcəyi başdan yazmağınız da mümkünsüzdür. Ancaq hər şeyə rəğmən... Darıxdığınız o kəsi bir dəfə daha görmək, söhbət etmək üçün bütün bu çılğınlıqları qəbul etməzdinizmi ?
Kawaguchi, "Sonic Snail" teatr qrupunun prodüseri, rejissorluğu və ssenari müəllifidir. "Before the Coffee Gets Cold" də ilk başda ədibin dördpərdəli pyesi idi. Kitabın redaktoru pyesi izləyir, hekayə onu çox təsirləndirir və ən qısa vaxtda Toshikazuya bu 4 hekayənin bir roman olaraq nəşri üçün təklif aparır. Beləliklə yazıçının ilk kitabı çap edilir.
• 4 hekayə. Bu qəhvə dükanına itirdikləri yaxınları üçün gələn 4 insan. 4 görüş. Çarəsiz, kədərli 4 ruh. Bu görüşlər özünəməxsus aurası, hissi ilə qəlbinizə toxunmağı, bəlkə bir az kövrəltməyi bacaracaq.
Şərhlər 0
Şərh Yaz