Carlo Rovelli "Bəs Zaman Mövcud Olmasaydı" PDF
- Müəllif:
-
Dil:
- Janr: Elmi
- Baxılıb: 411
- Yükləndi:
- Yükləyən:
Carlo Rovelli kvant qravitasiyası sahəsində ixtisaslaşmış məşhur bir fizika professorudur. Fizikadan kənarda elm tarixi və fəlsəfəsi sahəsində də tədqiqatlar aparır və dərslər verir. Hazırda həm Fransadakı Aralıq dənizi Universitetində, həm ABŞ-dakı Pittsburq Universitetində, həm də Fransız elmi tədqiqatlar qurumu CNRS-də vəzifə tutur. Rovelli tərcüməsini təqdim etdiyimiz bu kitabında, bir elm adamı olaraq şəxsi sərgüzəştinə paralel şəkildə müasir fizikanın təkamülünü zövqlə oxunan bir üslubla anladır. İzafilik nəzəriyyəsindən kvant fizikasına uzanan bir marşrutdakı araşdırmalarının nəticəsində inkişaf etdirdiyi "zamanın mövcud olmadığı" hipotezini izah edir. Üstəlik də bunu, mövzunu heç bilməyən oxucuların da asanlıqla anlaya biləcəyi qədər sadə bir şəkildə etməyi bacarır. Elmi marağın nələrə qadir olduğunun avtobioqrafik bir nümunəsini təqdim edir... Qısaca, "ədəbiyyat ləzzətində fizika"...
"Birləşmiş Ştatlara çatar-çatmaz, Wheeler qaldığım Bed and Breakfast'ə məni görməyə gəldi. Birlikdə səhər yeməyi yedik və sonra da kampus ətrafında uzun bir gəzintiyə çıxdıq. Mənə Bor'dan, atom bombasından və bu kimi fövqəladə şeylərdən bəhs etdiyi gəzintimiz zamanı mən də ona hesablamalarımızın nəticələrini açıqladım. Mənə belə demişdi: 'Bilirsənmi Carlo... Nazi Almaniyasından qaçan Einstein buraya ilk gəldiyində onu götürüb səhər yeməyinə aparmışdım; məhz bu gün səninlə etdiyimiz kimi bu marşrutda Einstein ilə də gəzmişdik...'"
Şərhlər 0
Şərh Yaz