Azərbaycancaaz
Mir.az » Kitablar » Afad Qurbanov "Ümumi dilçilik 3-cü cild" PDF

Afad Qurbanov "Ümumi dilçilik 3-cü cild" PDF

Afad Qurbanov "Ümumi dilçilik 3-cü cild" PDF
  • Reytinq: 0
  • Şərhlər: 0
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

Oxuculara təqdim olunan bu kitab “Ümumi dilçilik” (I və II cildin) adlı dərsliyin davamıdır. Əsər dilçiliyin müasir vacib problemlərinə həsr edilmiş və iki bölmədən ibarətdir.
Birinci bölməni (“Dillə əlaqədar məsələlərin nəzəri əsasları”) on müstəqil fəsil təşkil edir. Burada dil və düşüncə, dil və mədəniyyət, dil və siyasət, dillərdəki universallıq, dillərin əlaqəsi, vahid ümumdünya dili kimi problemlər nəzəri cəhətdən şərh olunur.
İkinci bölmə (“Dil tədqiqinin mərhələləri və metodları”) dörd fəsildən ibarətdir. Bu bölmədə dilçilik tədqiqatının
xarakteri, onun öyrənilməsi mərhələləri izah edilir. Bununla bərabər dilçiliyin tədqiqat metodları göstərilir, onların hər biri xarakterizə edilir, tədqiqatdakı yeri və mahiyyəti aydınlaşdırılır. Kitabın sonunda dərslik hazırlanarkən istifadə edilən əsas ədəbiyyat siyahısı verilir. Bu siyahı kursa aid ən vacib materiallardan və dilçilik klassiklərinin başlıca əsərlərindən ibarətdir. Mövzulara dair elmi ədəbiyyat müəllim tərəfindən müəyyənləşdirilir. Buna görə də o, verilmiş ədəbiyyatla yanaşı, mövzuya dair yeni nəşr edilən mühüm əsərləri də unutmamalıdır.
Əsər uzun illik təcrübə əsasında yazılmışdır. Buna baxmayaraq müasir tələblərə az cavab verən və ya unudulmuş sahələr də ola bilər. Müşahidə edilən qüsurları müəllifə çatdıranlara qabaqcadan təşəkkürümüzü bildiririk.
Afad Qurbanov "Ümumi dilçilik 3-cü cild" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar