Azərbaycancaaz
Mir.az » Kitablar » Aisopos "Ezop Təmsilləri" PDF

Aisopos "Ezop Təmsilləri" PDF

Aisopos "Ezop Təmsilləri" PDF
  • Reytinq: 10
  • Şərhlər: 0
Populyarlıq 90% 90%


Diqqət Çəkənlər

Əfsanəvi Ezop qədim yunan təmsil ustasıdır. Təqribən eramızdan əvvəl VI əsrdə yaşayıb. Ezopun real şəxsiyyət, yaxud ümumiləşdirici obraz olması indiyə qədər məlum deyil. Onun bioqrafiyası qeyri-müəyyəndir. Ən inandırıcı versiyaya görə, Ezop kölə olub. Sonradan ona azadlıq verilib. Ezop Delfiya şəhərinin sakinləri tərəfindən öldürülüb.

Orta əsrlərdə Bizansda Ezopun məzəli bioqrafiyası yazılıb. Uzun illər həmin bioqrafiya Ezop haqqında dəqiq məlumatlar mənbəyi sayılıb. Burada Ezop dəyər-dəyməzinə alınıb-satılan, özü kimi kölələr, habelə nəzarətçiləri və ağaları tərəfindən daim incidilən bir şəxsdir. Lakin bu bioqrafiya Ezop haqqında həqiqətdən nəinki o, hətta yunan mənşəli deyil. Onun bioqrafiyası hətta yunanlar tərəfindən yazılmayıb.

Ezopu qozbel, axsaq, meymun sifətli, əlqərəz, hər baxımdan Apollonun ilahi gözəlliyinin tam əksi kimi təsvir ediblər. O, heykəltəraşlıqda da belə təsvir edilib, o cümlədən bizim günlərə qədər gəlib çıxan maraqlı heykəldə də bu şəkildədir. Lakin bəzi tədqiqatçılar hesab edirlər ki, Ezopun anadangəlmə eybəcərliyi, onun hiyləgərliyi, müdriklər və kahinlər ilə müəmmalı əlaqələri uydurmadır. XX əsrə yaxınlaşdıqca Ezopun obrazı getdikcə daha aydın şəkil alıb. Əgər o, real şəxsiyyətdirsə, bir vaxtlar Qrim qardaşları kəndbəkənd gəzib nağıllar topladıqları kimi onun da təmsilləri xalqın müdriklik xəzinəsindən toplanıb. Ezopun məcmuə şəklində toplanmış təmsilləri bizim günlərə gəlib çatsa da, müəllifin real şəxsiyyət olmasını və fəlsəfi fikirlərin məhz onun tərəfindən deyildiyini təsdiq etmir.

Ezopun təmsilləri mənsur əsərlərdən ibarət topludur. Burada azı 400 təmsil yer alıb. Əfsanəyə görə, Aristofanın dövründə Afinada uşaqlara Ezopun müdrik təmsilləri öyrədilirmiş. Ezopun təmsillərini ilk dəfə hələ eramızdan əvvəl III əsrdə qədim yunan filosofu Demetri Falerski yeni şəklə salıb. Eramızdan əvvəl II əsrdə qədim yunan filosofu Babri Ezopun təmsillərini oxumağa və tərcümə etməyə başlayıb. Ezopun təmsil yaradıcılığının əsasını məhz onun tərcümələri təşkil edib. Bəzi tarixçilər məhz Babrini topunun həqiqi müəllifi sayırlar.

İllər və əsrlər bir-birini qovur, Ezopun təmsilləri Jan Lafonten, Lev Tolstoy, İvan Krılov, Mirzə Ələkbər Sabir, Abdulla Şaiq kimi tanınmış yazıçı və təmsil ustaalrı üçün “ilham” mənbəyinə çevrilir. Belə çıxır onların bizə məlum olan süjetləri sadəcə “Ezopun təmsilləri” deyilən xalq müdrikliyi toplusundan götürülüb. Amma gəlin onları məzəmmət etməyə tələsməyək. Əsas məsələ budur ki, bu təmsillər uşaqlara aydın dildə yazılıb. Ezopun təmsillərini hər dildə oxumaq olar.
Aisopos "Ezop Təmsilləri" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar