Karel Capek "Səməndərlərlə Müharibə" PDF
- Müəllif:
-
Dil:
- Janr: Elmi-Fantastika
- Baxılıb: 480
- Yükləndi:
- Yükləyən:
Elmi fantastika klassikləri – 74
“Əgər bütün bunlar bir ütopya kimi görünürsə bağışlayın, cənablar, amma həqiqətən də bir Ütopyaya addım atmaq üzrəyik.”
Bütün əlamətlərin böyük bir müharibəni və tiranlığın dirilməsini işarə etdiyi bir dövrü yaşamasına baxmayaraq, yumorundan vaz keçməyən, totalitarizmə qarşı satiranı təsirli bir silah kimi istifadə edən Karel Čapek’in baş əsəri "Səməndərlərlə Müharibə", yazarın kiçik və öz halında olan ölkəsi Çexoslovakiyadan bütün bəşəriyyətə etdiyi bir xəbərdarlıq xarakterini daşıyır.
İnsanlığı, planetin hakimiyyəti uğrunda səməndərlərlə müharibəyə sürükləyən hadisələr zənciri Sakit okeandakı kiçik bir adada başladı. İnci ovçusu Kapitan von Toch bir gün bu işi insanlardan daha ucuz və layiqincə yerinə yetirəcək yeni bir növlə qarşılaşdı: Səməndərlər.
Səməndərlərin planetin bütün sahillərinə yayılmasındakı əsas uğur isə daha çox qazanc üçün heç bir sərhədi keçməkdən çəkinməyən iqtisadi sistemdə idi. Ucuz işçi qüvvəsi olaraq istifadə edilən səməndərlər əvvəlcə iqtisadiyyatda, sonra isə siyasət və mədəniyyətdə gözlənilməz bir inqilab etməyi bacardı.
Dünyada Qızıl Dövr yaşanırdı, amma görünən o idi ki, Qızıl Dövrün insanlara, yoxsa səməndərlərə aid olduğu mövzusu hələ də müəmma olaraq qalırdı.
"Səməndərlərlə Müharibə", insanın içindəki qaranlığın bir aynasıdır.
“Səməndərlərlə Müharibə heç vaxt unudulmayacaq bir əsərdir. Čapek yəqin ki, totalitar bir dünyanın dəhşətini qabaqcadan görən ilk Avropa yazıçısıdır.” –Milan Kundera
“Karel Čapek, Zamyatin ilə birlikdə iki dünya müharibəsi arasında əsər yaratmış ən önəmli beynəlxalq elmi fantastika yazarıdır.” –Darko Suvin
Şərhlər 0
Şərh Yaz