Azərbaycancaaz
Mir.az » Kitablar » Kim Stanley Robinson "Qırmızı Mars" PDF

Kim Stanley Robinson "Qırmızı Mars" PDF

Kim Stanley Robinson "Qırmızı Mars" PDF
  • Reytinq: 5
  • Şərhlər: 0
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

Elmi Fantastika Klassikləri – 45

"Marsa biz gəlməmişdən əvvəl boş idi. Amma bu, heç nə olmadı demək deyildi."

Kim Stanley Robinson, müasir elmi fantastikanın ən böyük ustalarından biridir. Xüsusilə kosmos haqqında yazdığı romanlarla 90-cı illərdən bəri janrın inkişafına böyük töhfə verən yazıçılardan biridir. Dünyalaşdırma və kolonizasiya haqqında baxışımızı dəyişdirən "Qırmızı Mars" isə həm elmi, həm siyasi, həm də sosiyoloji baxımdan indiyədək yazılmış ən realistik elmi fantastika romanlarının başında gəlir. İnsanlıq artıq Marsdadır; əvvəlcə bir, sonra yüz və getdikcə on minlərlə insan… Şəhərlər qurur, tunellər qazır, yalnız kraterlərdən və qaya parçalarından ibarət görünən planetin simasını dəyişdirirlər. Amma cansız səthini qazıdıqca Mars onları get-gedə daha çox özünə bağlayır, aşiq edir.

Əvvəldən bəri bütün qızıllığı ilə bir hədəf, məqsəd kimi görünən Mars, əvvəllər bir güc idi, indi isə bir məkan: Amerika və Rusiya üçün yeni bir hegemonya sahəsi, ərəblər üçün ictimai təzyiqdən qaçış, İsveçrəlilər üçün bakir təbiət və üçüncü dünya üçün əhalisini köçürəcəkləri bir koloniya.

Yenə də ağıllarda bir sual var: Yeni evə köhnənin problemləri dəmi daşınacaq, yoxsa bu planet öz imkanlarını və problemlərini zorla qəbul etdirərək yeni bir cəmiyyətə can verəcək? Marsa gələnlər üçün Dünya yalnızca geridə buraxılmış bir yuva olaraqmı qalacaq, yoxsa Qırmızı Planetin taleyində yeni bir Dünya olmaq mı var?

"Sarsıdıcı bir kitab... Marsın kolonizasiya edilməsinə dair yazılmış ən yaxşı roman." – Arthur C. Clarke

"Qırmızı Mars 90-cı illərin "Mülksüzlər"i ola bilər; tıpkı Le Guin’in romanında olduğu kimi, yeni əsrin öngörülməyən ehtimalləri qarşısında yeni siyasi fikirlər oyandıra bilər. "Qırmızı Mars," elmi fantastika ilə ana axın romanın bir araya gəlib uyuşduğu, verdikləri zövqdən heç nə itirmədikləri nadir nümunələrdən biridir: Hər iki şəkildə də oxuna bilər." – Fredric Jameson

"Möhtəşəm bir kitab. Elmi arxa plan və texnoloji detallar tamamilə məmnun edici, xarakterlər sanki canlı, hekayə möhtəşəm finalına doğru irəliləyərkən dünya ədəbiyyatının nadir əsərlərində ola biləcək bir şəkildə tarixə şahid olduğunuz hissinə qapılırsınız." – Poul Anderson

"Zamanımızın ən yaxşı yazıçılarından birinin əlindən lirik, gözəl, qüsursuz bir gələcək hekayəsi." – David Brin

Kim Stanley Robinson "Qırmızı Mars" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz