Hwang Bo-reum "Hyunam - Dong Kitab Evi" PDF
- Müəllif:
-
Dil:
- Janr: Roman
- Baxılıb: 8 974
- Yükləndi:
- Yükləyən:
📌 Younghu bu yaşına qədər həyatda hər şeyi "düzgün" etmişdi : universiteti bitirib, məsləhətli bir insanla evlənib, özünə karyera qurub. Ancaq həyatının bir nöqtəsində hər şey alt-üst oldu. Kənardan dəyişən nəsə olmasa da, daxilindəki bütün binalar yerlə yeksan oldu. Yaşadığı depressiya ilə yoldaşından boşanır, işindən ayrılır, keçmiş həyatı ilə bağlarını qopararaq uzaq bit səmtdə, məhləiçi ərazidə özünə kitabçı açır.
▪︎ "Hyunam - Dong Kitabevi" buranın sahibi və satış təmsilçisi olan otuz yaşlarında bir qadın və qəhvə stendində duran gənc baristadan ibarətdir. Kənardan ilk baxışda tamamilə adi, hətta bir az maraqsız, gözləntiləri doğrultmayan bir mağaza kimi görünür. Ancaq zamanla müştərilərinin sevimlisinə çevrilir.
📌 Kimisi bura kitabevinin instagram səhifəsini görüb gəlir. Kimisi kitab klublarının və yazıçı / şairlərin aylıq müzakirələrini dinləmək üçün. Kimisi kitab alıb qəhvə içərək öz asudə vaxtını dəyərləndirir. Kimisi isə Younghunun kitab tövsiyələrini və rəflərdəki hər kitaba əlavə etdiyi qeydlərini oxumaq, onunla söhbət etmək üçün gəlir.
▪︎Kitabın kifayət qədər axıcı bir dili var. Yazıçı sizə xaoslar, beyin yandıran tapmacalar, gözyaşına səbəb olacaq ağır dramlar vəd etmir. Əksinə, hekayə başdan sona qədər sakit, yumşaq bir tempdə gedir. Bol-bol kitab və film tövsiyələri alırsınız. Xəyali yazıçılarla incəsənət, fəlsəfə və həyat haqqında söhbətlər aparırsınız. "Dükanınıza" gəlmiş müştərilərin həyat hekayələrinə qulaq asırsınız.
• Qısacası, bu kitab bütün kitabqurdlarının uşaqlıq (bəlkə də, bir çoxlarımızın hələ də sahib olduğu) xəyalıdır : "Bookcafe"miz, şəxsi kitab dünyamızdır. Çay / kofenizi hazırlayın və qapağını - qapını açın<3.
Xoş mütaliələr ! ✨
Şərhlər 0
Şərh Yaz