Bernard Lewis "Alamut Qalası və Həsən Səbbah" PDF
Suiqəsd, İsmailî Həşişilərin kəşfi deyildi; onların etdiyi, işin adını qoymaqdan ibarət idi. Bu qəti olaraq bilinməlidir ki, dini bir davanın həsr olunmuş xidmətçiləri olan Həşişilər, əllərində xəncərlərlə, pulu basanlar üçün adam kəsən bir qatil dəstəsindən ibarət sayıla bilməzlər. Qarşılarına həqiqi imamlığın qurulması kimi siyasi bir hədəf qoymuşdular və nə müridləri, nə də liderleri başqalarının şəxsi ihtiraslarına alət olmamışdılar. Son hədəfləri, Sünni nizamının qarşısını alıb yox etmək idi.
Həsən Səbbah və müridləri, narazı kütlələrin içindəki bəlli-bəlirsiz arzuları, nizamsız inancları və cilovlanmamış qəzəbi yenidən formalaşdırıb yeni bir məcraya yönəldərək, bu qarışıqlıqdan bir ideologiya, tarixdə bənzəri görünməmiş bir uyğunluq, intizam və məqsədli bir zorakılıq ehtiva edən bir təşkilatlanma yaratmaqda müvəffəq olmuşdular.
Bernard Luis bu kitabında Şiə məzhəbi içərisində yer alan Həşişilər təriqətinin köklərinin izini sürməklə kifayətlənməyib, həm təriqətin təlimlərinin, həm də sirli öndəri Dağın Şeyxi (Şeyxül-Cəbəl) Həsən Səbbahın əfsanəvi həyatının gündəliyini tutur. "Həşişilər: İslamda Radikal Bir Təriqət", tarixin bu ilk terroristlərinə dair ən əhatəli, ən anlaşılan və ən səlahiyyətli əsərdir.
Bernard Lewis "Alamut Qalası və Həsən Səbbah" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.
Şərhlər 0
Şərh Yaz