Gün Zileli "Sovet İttifaqında Dövlət Terrorizmi və Qulaqlar" PDF
Bolşeviklərin azadlıqla bağlı bütün vədləri, bütün öhdəlikləri iqtidara gəldikləri ilk gündə buxarlanıb yox oldu. İqtidarlarının həftəsi tamamlanmadan mətbuatı susdurub ifadə və təşkilatlanma azadlığını aradan qaldırdılar. Fikirləri onlara ən yaxın olan qruplar başda olmaqla bütün müxalifəti qanunsuz elan edib polis vasitəsilə məhv etdilər. Polis vasitəsilə sosializmin dövlət terrorundan, Gulaglardan başqa bir həyat vəd etməyəcəyi o gün anlaşıldı.
Bəs bütün bunlar nə naminə edilirdi? Sosialist inkişaf hədəfləri, plan və layihələri naminə! Yarım əsr boyunca davam edən zülmün min bir növünü "subyektiv səhvlər" deyə ifadə etmək, "sosializm bu deyil, bunlar yanlış tətbiqlərdir" demək, Bolşevik Partiyasının ideologiyasını, siyasi hədəflərini göz ardı etməkdir. Hər şey partiya proqramının dayandığı elmi sosializm hədəfinə uyğun olaraq tərtib edildi və həyata keçirildi. Marksda da, Lenində də, Stalin və ya digərlərində də sosializm tam da dövlət nəzarəti altında məcburi iş; söz, ifadə və həyat haqqının dövlət inhisarında olması; fərdin cəmiyyətə, cəmiyyətin isə proqrama qurban verilməsidir. İki yüz illik sosialist düşüncə və praktikanın göstərdiyi həqiqət budur.
Şərhlər 0
Şərh Yaz